Salman Hüseyn oğlu Qəmbərov ( ) — Azərbaycan caz bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018).
Həyatı Bəstəkar 1959-cu il aprelin 18-də anadan olub.
Əsərləri Simfoniya (1990); Simli kvartet üçün Dilogiya (1991); Skripka və piano üçün "Buta" instrumental Fantaziyası (1992); Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası (2000). Teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001).
Mükafatları 16 sentyabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya Lətif (film, 1930) Ərazi (film, 2005) Qırmızı bağ (film, 2016)
İstinadlar
Xarici keçidlər Salman Qəmbərov Budapeştdəki konsertini Ümummilli liderə həsr edib
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr pianoçuları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları Kateqoriya:Azərbaycan cazmenləri