thumb|1501–1504-cü illərdə Mikelancelo tərəfindən hazırlanmış David heykəli, Florensiya Təsviri İncəsənət Akademiyası, Florensiya, İtaliya. Heykəl intibah və dünya incəsənətinin şah əsəri hesab olunur. Əzələli yunan atleti kimi təsvir olunan peyğəmbər Davudun əzəmətli cizgiləri, duruşu və davranış tərzində xristian humanizminin idealı nəzərə çarpır. Bu idealı erkən müasir İtaliya incəsənətinin digər misilsiz nümunələrində də görmək mümkündür.|alt=
İntibah dövrü və ya renessans (, — "yenidən doğulma", "dirçəlmə"Əlizadə A. A. Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, 2016.- səh. 31.) — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş vermişdir və böyük sosial dəyişikliklərlə səciyyələnir. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını irəli sürürlər. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsə də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür.
İntibah dövrünün intellektual əsası onun öz humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqorun fəlsəfi fikirləri kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boya rəsmlərində perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessans dəyişiklikləri bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur.
Bir mədəniyyət hərəkatı olaraq intibah müasirlərinin Petrarkanın adı ilə əlaqələndirdikləri klassik mənbələrə əsaslanan öyrənmənin XIV əsrdə canlanması ilə başlayan Latın və yerli ədəbiyyatın yenilikçi çiçəklənməsini; xətti perspektivin inkişafı və rəssamlıqda daha təbii bir reallıq göstərmək üçün digər üsulları; tədricən, lakin geniş yayılmış təhsil islahatını əhatə edirdi. Siyasətdə renessans diplomatik adətlərin və konvensiyaların inkişafına, elmdə induksiyaya və müşahidəyə əsaslanan elmi tədqiqatlara töhfə verdi. Baxmayaraq ki, intibah dövrü müasir bankçılıq və mühsasibatlıq sahəsinin ortaya çıxması da daxil olmaqla bir çox intellektual, sosial və elmi məşğuliyyətlərdə inqilablarla xarakterizə olunur, çox güman ki, bu dövrün ən önəmli xüsusiyyətləri incəsənətin inkişafı və "renessans adamı" termininə ilham mənbəyi olan Leonardo da Vinçi və Mikelancelo kimi polimatların töhfələri sayılır.BBC Science and Nature, Leonardo da Vinci Retrieved May 12, 2007BBC History, Michelangelo Retrieved May 12, 2007
İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başlamışdır.Burke, P., The European Renaissance: Centre and Peripheries 1998 Dövrün mənşəyi və xarakteristikasını izah etmək üçün o dövrdə Florensiyanın özünəməxsus sosial və vətəndaş xüsusiyyətləri də — bölgənin siyasi quruluşu, şəhərin dominant Mediçilər sülələsinin himayədarlığıStrathern, Paul The Medici: Godfathers of the Renaissance (2003)Peter Barenboim, Sergey Shiyan, Michelangelo: Mysteries of Medici Chapel, SLOVO, Moscow, 2006 . və Konstantinopolun Osmanlılar tərəfindən fəthindən sonra yunan alimlərin və onların mətnlərinin İtaliyaya köçü — daxil olmaqla, fərqli faktorlar da nəzərə alınaraq müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.Encyclopædia Britannica, "Renaissance", 2008, O. Ed.Harris, Michael H. History of Libraries in the Western World, Scarecrow Press Incorporate, 1999, Norwich, John Julius, A Short History of Byzantium, 1997, Knopf, Digər əsas mərkəzlərə İntibah papalığı dövründə Venesiya, Genuya, Milan, Bolonya və Roma kimi şimali İtaliyanın şəhər-dövlətləri və ya Belçikanın Brügge, Gent, Brüssel, Löven, Antverpen kimi şəhərləri daxil idi.
İntibah dövrünün uzun və qarışıq tarixşünaslığı özündə tarixin dövrləşdirilməsinə qarşı skeptisizm ehtiva edir. Belə ki, "İntibah"ın mədh edilməsi və o dövrün mədəni qəhrəmanlarının "İntibah insanları" olaraq anılması XIX əsrdə tarixçilər arasında çoxlu müzakirələrə səbəb olmuş, onları İntibah sözünün termin və tarixi təsvir kimi istifadəsinin əhəmiyyətli olub-olmadığını sorğulamağa vadar etmişdir. İntibah konseptinə qarşı yönəlmiş bu müqaviməti nəzərdən keçirən incəsənət tarixçisi Ervin Panofski bildirmişdir:
Bəzi müşahidəçilər intibahı pessimizm dövrü və ya antik dövrə duyulan nostalgiya kimi yox,Huizanga, Johan, The Waning of the Middle Ages (1919, trans. 1924) mədəni "tərəqqi" kimi dəyərləndirsə də, sosial və iqtisadi tarixçilər, xüsusilə də, adları "uzun müddətli" () ifadəsi ilə anılanlar, Panofskinin sözləri ilə desək, "minlərlə bağ ilə" bir-birinə bağlı olan bu iki era arasındakı davamlılığa fokuslanırlar.Panofsky 1969:6.
Yenidən doğulma () termini ilk dəfə Corco Vazarinin "Rəssamların həyatı" (1550) adlı kitabında işlədilmiş, 1830-cu illərdə isə ingilisləşdirilərək İntibah () adlandırılmışdır.The Oxford English Dictionary cites W Dyce and C H Wilson’s Letter to Lord Meadowbank (1837): "A style possessing many points of rude resemblance with the more elegant and refined character of the art of the renaissance in Italy." And the following year in Civil Engineer & Architect's Journal: "Not that we consider the style of the Renaissance to be either pure or good per se." See Oxford English Dictionary, "Renaissance" Bu sözün istifadəsi Karolinq intibahı (8 və 9-cu əsrlər), Otton intibahı (X və XI əsrlər) və 12-ci əsr intibahı kimi bir sıra başqa tarixi və mədəni hərəkatlara da aid edilmişdir. İntibah dövrü çox yaxşı dövr olmuşdu və insanlar bu dövrdə daha da ağıllanmışdı. Çünki, bu dövr deyilən kimi çox yaxşı dövr olub.
Ümumi təsəvvür İntibah erkən müasir dövrdə Avropa intellektual həyatında dərindən təsir etmiş mədəni cərəyan idi. İtaliyada başlayan və XVI əsrə qədər Avropanın qalanına yayılan intibahın təsirləri incəsənət, memarlıq, fəlsəfə, ədəbiyyat, musiqi, elm və texnologiya, siyasət, din və intellektual araşdırmanın digər aspektlərində hiss olunurdu. İntibah alimləri tədqiqatlarında humanist metoddan istifadə etdilər və incəsənətdəki insan emosiyasını və realizmini axtardılar.Perry, M. Humanities in the Western Tradition , Ch. 13
Konstantinopolun 1453-cü ildə fəthi nəticəsində özləri ilə birlikdə Qərb üçün qeyri-müəyyən olan qədim yunan əlyazmalarını gətirən yunan alimlərinin Avropaya köç etdiyi dövrdə Poccio Braççolini kimi intibah humanistləri Avropadakı monastır kitabxanalarında Latın ədəbiyyatı, antik dövrün ritorik və tarixi mətnlərinin axtarışında idilər. İntibah alimlərinin tarixi və ədəbi mətnlərə olan yeni fokusu onları mədəni mətnlər yerinə, təbiət elməri, fəlsəfə və riyaziyyatla bağlı yunan və ərəb dilində yazılmış əsərləri tədqiq edən 12-ci əsr İntibah alimlərindən ayırırdı.
thumb|left|upright|Sandro Bottiçelli tərəfindən çəkilmiş Gənc qadın portreti (c. 1480–85) (Simonetta Vespuççi)
İntibah alimlərini neoplatonizmin dirçəlişində xristianlığı inkar etmədilər, əksinə, renessansın ən möhtəşəm əsərləri buna həsr edilmişdi. Kilsə İntibah incəsənəti əsərlərinin çoxusuna himayədarlıq edirdi. Ancaq hiss edilməyən dəyişmə intellektualların mədəni həyatın bir çox hissəsində əks etdirilən dinə qarşı yaxınlaşmalarında baş verdi.Open University, Looking at the Renaissance: Religious Context in the Renaissance (Retrieved May 10, 2007) Əlavə olaraq, yunan Əhdi-Cədidi də daxil olmaqla, bir çox yunan-xristian əsər Bizantiondan Qərbi Avropaya geri gətirildi və son qədim dövrdən bəri ilk dəfə qərb alimləri tərəfindən öyrənildi. Yunan-xristian əsərlərlə bu yeni tanışlıq və xüsusilə, humanist Lorenzo Valla və Desiderius Erasmus tərəfindən önə çəkilən Əhdi-Cədidin yunan dilində orijinal versiyasının qayıdışı protestantlıq reformasiyasının inkişafına kömək edəcəkdi.
Xeyli sonra klassisizmə ilk bədii qayıdış Nikola Pizanonun heykəltaraşlığında nümunələşdirildi. Mazaççonun rəhbərlik etdiyi Florentina rəssamları perpektivi icra etmək və işıqdan daha təbii istifadə etmək üçün üsullar inkişaf etdirərək insan formasını realistik olaraq çəkməyə başladılar. Ən məşhuru Nikkolo Makiavelli olan siyasi filosoflar siyasi həyatı olduğu kimi göstərmək və bunu rasional olaraq başa düşmək üçün yollar axtardılar. İtalyan İntibah humanizminə vacib töhfə Covanni Piko della Mirandollanın De hominis dignitate (İnsan ləyaqəti haqqında nitq, 1486) əsəri ilə verildi. Bu əsərdə hər hansısa bir rəqibə qaşı əsaslı şəkildə müdafiə edilən fəlsəfə, təbii düşünmə, inanc və sehir haqqında bir sıra nəzəriyyələr var idi. Klassik yunan və latın əsərlərinin tədqiqinə əlavə olaraq, İntibah yazıçıları loru dillərin istifadəsinə də geniş şəkildə başlamışdılar. Kitab çapı texnologiyasının da kəşf edilməsi ilə bu, xüsusilə Bibliya olmaqla, daha çox insanın kitablara çatmasına səbəb olacaqdı.Open University, Looking at the Renaissance: Urban economy and government (Retrieved May 15, 2007)
Nəticə olaraq, İntibah intellektuallar tərəfindən sekulyarizmi və dünyəviliyi həm antik dövrün ideyalarını dirçəlişi, həm də düşüncəyə roman yaxınlaşması vasitəsilə inkişaf etdirmə və öyrənmə cəhdi olaraq görülə bilər. Rodni StarkStark, Rodney, The Victory of Reason, Random House, NY: 2005 kimi bəzi alimlər İntibah dövrünün əhəmiyyətini yüksək orta əsrlər dövründəki İtaliya şəhər-dövlətlərinin erkən innovasiyaları lehinə azaldırlar. Bunlar özündə həssas hökuməti, xristianlığı və kapitalizmin yaranmasını birləşdirirdilər. Bu analizə görə, Avropanın nəhəng dövlətləri (Fransa və İspaniya) mütləq monarxist, digər dövlətlər kilsənin təsirində idilər. İtaliyanın müstəqil şəhər respublikaları isə monastır əmlakı üzərində formalaşan kapitalizmin təməllərini qoydular və daha əvvəl görünməmiş, İntibahı maliyyələşdirən və reallaşdıran ticarət inqilabını başlatdılar.
Mənşəyi
thumb|Renessansın yarandığı Florensiyanın mənzərəsi
Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Florensiyadan,Dante Aligyeri (1265–1321) və Françesko Petrarkanın (1304–1374) yazılarından, Cotto di Bondonenin (1267–1337) rəsmlərindən götürür. Bəzi tarixçilər İntibah dövrünün başlanğıcı olduqca dəqiq qeyd edirlər: onlardan biri rəqib dahilər, Lorenzo Giberti və Filippo Brunelleskinin Florensiya kafedralındakı vəftizxananın qapıları üçün bürünc qapıların qoyulmasına görə müqavilə uğrunda mübarizə apardığı (hansı ki, Gilbert qalib gəlmişdi) 1401-ci ili başlanğıc nöqtəsi kimi qəbul edirdi.Walker, Paul Robert, The Feud that sparked the Renaissance: How Brunelleschi and Ghiberti Changed the Art World (New York, Perennial-Harper Collins, 2003) Digərləri isə İntibah yaradıcılığının qığılcımı kimi Brunelleski, Giberti, Donatello və Mazaçço kimi polimat və rəssamlar arasındakı bədii sifariş üçün olan ümumi rəqabəti görürdülər. Ancaq İntibah dövrünün niyə İtaliyada başlaması və ümumiyyətlə niyə, nə vaxt başlaması müzakirə mövzusu olaraq qalmaqdadır. Bu səbəbdən, onun mənşəyini izah etmək üçün bir neçə nəzəriyyə irəli sürülmüşdür.
İntibah dövründə pul və incəsənət əl-ələ gedirdi. Rəssamlar tamamilə bədii istedadları dəstəkləmək üçün pula ehtiyacı olan himayədarlardan asılı idilər. Asiya və Avropa ilə ticarət əlaqələrinin genişləməsi 14, 15, 16-cı əsrlərdə İtaliyaya böyük sərvətlər gətirdi. Tirol qraflığındakı gümüş mədənçiliyi pul axışını artırdı. Səlib yürüşləri ərzində İslam dünyasından gətirilmiş dəbdəbə Genuya və Venesiya zənginliyini artırmışdı.
Jül Mişle müasir bəşəriyyət və onun dünyadakı yeri anlayışını yaradan 16-cı əsr Fransız İntibahını Avropa mədəni tarixinin Orta əsrlərdən qopduğu bir dövr kimi izah etdi.
İntibah humanizminin latın və yunan fazası
thumb|upright|left|Kolyuçço Salutati