Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini  şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.

Həmçinin bax: Qapıcıq dağı Qızılboğaz dağı Abdal (dağ)

İstinadlar

Kateqoriya:Babək rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri