Dəmirlisuçay — Culfa rayonu ərazisində çaylar.
I Dəmirlisuçay Culfa rayonu ərazisində Əlincəçayın (Arazın qolu) sağ qoludur. Soltanbud dağının şərq ətəyindən başlanır. Uzunluğu 6 km.-dir. Əsasən qar və yağış suları ilə qidalanır.
II Dəmirlisuçay Culfa rayonu ərazisində Ləkətağçayın (Əlincə hövzəsi) sol qoludur. Zəngəzur silsiləsinin yamacından, 2950 m hündürlükdən başlanır. Uzunluğu 8 km-dir. Əsasən, qar suları və yeraltı sularla qidalanır.
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları