Qarovultəpə dağı — Kəngərli rayonu  ərazisində dağ (hünd. 1587,5 m).  Dərələyəz silsiləsinin cənub-qərb yamacında zirvə. Qarabağlar kəndindən 1,5 km şimal-şərqdədir. Orta Triasın Anizi və Ladin mərtəbələrinə aid Ərdağı lay dəstəsinin  terrigen-karbonat çöküntülərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında həmçinin Üst Triasın və Üst Permin terrigen-karbonat çöküntüləri açılır.  Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində, eyniadlı antiklinalın tağ hissəsində yerləşir. Zirvə hissindən və yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılma pozulmaları keçir.

Həmçinin bax Dərələyəz silsiləsi Xarxat dağı Quşqayası Qarovultəpə dağı (Babək)

İstinadlar

Kateqoriya:Kəngərli rayonunun dağları