Qılıncyurd dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2455,2 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ  qolundan qərbə ayrılan eyniadlı şaxəsinin  suayırıcısındakı zirvə. Teyvaz kəndindən 3,7 km cənub-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarib çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı Göydağ subvulkanik massivinin qərbində  yerləşmiş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük  sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir. 

Həmçinin bax: Qız-gəlin dağı Abdal (dağ) Elti dağı Ağaverdi dağı Qapıcıq dağı

İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri