Qarovulxana dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1840,8 m).   Dərələyaz silsiləsinin suayırıcısındakı Səngər yüksəkliyindən (2915,8 m) cənuba ayrılan Qabaqtəpə qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində zirvə. Badamlı kəndindən   1,2 km  şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş,  yamacları erozion dərələrlə yarılmış günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin strukturuna aid Nursu-Qabaqtəpə sinklinalının geniş cənub-qərb qanadında yerləşir. Yamacından şimal-şərq və şimal-qərb istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir.

Həmçinin bax Dərələyəz silsiləsi Xarxat dağı Quşqayası Gendərə (Babək) Gədikdağ

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları