Şeyx Cühənnah oğlu — orta əsr intibah dövründə Naxçıvan memarlıq məktəbinin yetirdiyi ən görkəmli memarlardan biri.

Şeyx ibn Cühənnahın adı Ordubad bölgəsinin Azadkənd kəndindəki minarə üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Hazırda həmin minarə yarımuçuq vəziyyətdə mövcud olsa da üzərindəki kitabə qalmamışdır. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.

Kufi xətlə yazılmış həmin kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N.V.Xanıkovun yazdığına görə kitabədə “Bənna Şeyx Cühənnah oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıbmış. Khanykoff M.N. Memoire sür les inscriptions musulmanes du Caucase.–Journal Asiatique. Paris, 1862, t. XX, Aout, V serie, s. 70.

Kitabədə tarix qalmasa da N.V.Xanıkov onu yazıldığı xəttin paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri təqvimi ilə VI yüzilliyə, abidəni sonralar tədqiq edən V.Sısoyev isə VIII yüzilliyə aid etmişdir Сысоев В. Древности Нахичеванской ССР / Отдельный оттиск. Из 4-го выпуска Известий “Азкомстарис”а, Баку, 1928 , c. 197.

Şeyx ibn Cühənnah miladi təqvimi ilə XIV yüzillikdə yaşamış, Azadkənd minarəsini də həmin vaxt inşa etmişdir. Səfərli H. Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər. Naxçıvan: “Əcəmi” NPB, 2016, 144 s. , s. 63.

Mənbə Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.

İstinadlar

Kateqoriya:Naxçıvanlı memarlar