Qaraquş dağı — Kəngərli rayonu ərazisində dağ (hünd. 2600,5 m). Dərələyəz silsiləsinin suayrıcısında zirvə. Çalxanqala kəndindən 8 km-dək şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.

Həmçinin bax Dərəşam dağı Xaşlıdağ Quşqayası Alçalıdağ Ziyarəttəpə dağı

İstinadlar

Kateqoriya:Kəngərli rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri