() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Şimali Amerikada, Nyu-Yorkdan cənuba tərəf Şimali Floridaya, qərbdən Ayova, Texas və Şimali Meksikaya qədər olan ərazilərdə bitir.
Botaniki təsviri Hündürlüyü 12–18 m-ə çatan, bozumtul-qara gövdəyə malik ağacdır. Cavan zoğları qırmızı-qonurdur. Yarpaqların uzunluğu 16 sm-ə qədər olub, enli, oval və ya ürəkşəkilli, ucu biz, səthi hamardır. Yarpaqların rəngi yazda açıq yaşıl, payızda isə açıq sarı olur. Çiçəkləri kəpənək formasında, qalın budaq və ya gövdədə dəstələrlə yerləşir, uzunluğu 10–12 mm-ə çatır, açıq çəhrayı və ya solğun çəhrayı rəngdədir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabrda yetişir. Paxla meyvəsi hamar, uzunluğu 6-10 sm və eni 2 sm-dir.
Ekologiyası Rütubətliyə orta dərəcədə tələbkardır. Quraqlığa və soyuğa davamlı, işıqsevən, yüngül yarımkölgəyə dözən bitkidir. Torpağa çox tələbkar deyil. Drenajlı, əhəngli, zəngin torpaqlarda və bataqlıqların kənarında bitir. Həyat müddəti 75 ildir. Kütləvi və uzun müddət çiçəkləməsi üçün vaxtaşırı suvarılmalıdır.
Azərbaycanda yayılması Azərbaycanda bəzi rayonlarda park və bağlarda rast gəlinir. Mədəni şəraitdə 1641-ci ildən Azərbaycanda becərilir.
İstifadəsi Tək və qrup əkinlərində çox effektlidir. Dekorativ formaları vardır: ağ çiçəkli (f. alba); çoxləçəkli (f. plena).
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Çərəzlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları