() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Mərkəzi Çində geniş yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir. Meyvəsi sentyabrda yetişir. Paxlaları qonur, qınlı, uzunluğu 7-12 sm-dir. Toxum və qələm vasitəsilə çoxalır.

Ekologiyası İsti və işıqsevəndir. Abşeronda yaxşı inkşaf edir və zəif şoranlaşmaya davamlıdır.

Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsinə 1994-cü ildə introduksiya olunmuşdur. Yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.

İstifadəsi Balverən bitkidir. Yarpaqlarında aşı maddələri vardır. Vitaminlərlə zəngindir. Tək və ya qrup əkinlərində istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1835-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası