Bulon-Biyankur () — Fransada şəhər. Parisin cənub-qərbində sənaye peyki.Bulon-Biyankur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9. Əhalisi Əhalisi 116,2 min (2011) nəfərdir.

Coğrafiyası Sena çayının döngəsində, Bulon meşəsinin kənarındadır. Tarixi 1924-cü ilə qədər Bulon-sür-Sen adlanırdı. Şəhərdə 1920–30-cu illərin tikililəri (memarlar Le Korbüzye, J. Fidler, J. Pinqusson və b.) saxlanılmışdır. Memarlığı 30-cu illər muzeyi (1998-ci ildə yaradılmışdır; 1920–30-cu illərin boyakarlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət kolleksiyası) fəaliyyət göstərir. Avtomobil (o cümlədən “Reno” zavodları) və aviasiya sənayesi; dəzgah və alətlər, elektrotexnika və elektron məhsulları, kimyəvi preparatlar, telefon aparatları; ətriyyat istehsalı inkişaf etmişdir.

Qalereya

Həmçinin bax Bulon-Sür-Mer Burk-an-Bres

İstinadlar

Xarici keçidlər Bulon-Biyankur şəhərinin rəsmi internet səhifəsi Tarixi Twitter hesabı Facebook hesabı

Kateqoriya:Fransa şəhərləri Kateqoriya:O-de-Sen departamentinin kommunaları