Hacı Fərəculla hamamı və ya Mirələkbər ağa məscidi — Azərbaycanın paytaxtı, Bakı şəhərində, Sovetski adlanan ərazidə mövcud olmuş və yerli əhəmiyyətli tarixi abidə olmuş və sonradan dövlət tərəfindən sökülmüş tikili.
2016-cı ilə qədər hamam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş və Azərbaycan Dövlət Yuğ Teatrı tərəfindən istifadə edilmişdir.
Hamam 2016-cı ilə qədər tarixi abidə kimi 3700 inventar nömrəsi ilə müvafiq qanunun “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”nda olmuşdur.
18 may 2016-cı ildə hamamın adı tarixi abidələrin siyahısından çıxarılmış və bir müddət sonra sökülmüşdür.
İstinadlar
Xarici keçidlər
VİDEO
Kateqoriya:Bakı hamamları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri