Qərbi Macarıstan Universiteti () — Macarıstanın Şopron şəhərində yerləşən ali təhsil müəssisəsi.

Tarixi Qərbi Macarıstan Universitetinin əsası 22 iyun 1735-ci ildə qoyulmuşdur.

Fakültələri Universitetin 6 fakültəsi var. Benedek Elek Pedaqoji fakültəsi İncəsənət fakültəsi İqtisadiyyat fakültəsi Meşəçilik fakültəsi Təbiət elmləri fakültəsi Ağac sənayesi fakültəsi

Beynəlxalq əlaqələri Qərbi Macarıstan Universiteti dünyanın müxtəlif ölkələrinin 250-dən çox xarici ali təhsil və elmi-tədqiqat institutları ilə beynəlxalq əlaqələrə malikdir. Bu qurumlardan 205-i Avropada, 45-i isə digər qitələrdə yerləşir. Bu əməkdaşlıqlara həmçinin tələbə mübadiləsi də daxildir. Bağlanmış beynəlxalq müqavilələr, Boloniya prosesinə uyğun olaraq, universitet tələbələrinin xaricdə məlumat əldə etməsini, digər ölkələrin mədəniyyətlərini öyrənməsini və xarici dil biliklərinin inkişaf etdirməsini mümkün etməkdədir. 2009/10 tədris ilində 122 tələbə ümumilikdə 524 ay ərzində xaricdə təhsil almış və ya işlə bağlı təcrübələr keçmişdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Macarıstan universitetləri Kateqoriya:1735-ci ildə yarananlar