İdris Səfər () — Millətpərəst bir Albaniya partizan döyüşçüsü. 1910-ci ildə, Osmanlı İmperiyasına aid olan Kosovo vilayətində üsyan başladan İsa Boletininin sağ qolu idi. Həmçinin, Prizren İttifaqı və İpək İttifaqının bir üzvü idi. Üsyanın bitməsindən sonra Səfər, 1912-ci ildəki Albaniya üsyanını rəhbərlik etdi. Birinci Balkan müharibəsi zamanı Boletini və Səfər, 1910 və 1912-ci ildəki üsyanları zamanı daha əvvəl özlərinə müttəfiqlik edən Serbiyaya qarşı üsyan etdilər və Birinci Dünya müharibəsinin sonrasında və ilk mərhələsində (1913-1915) Serb qüvvələrinə qarşı olan hücumlarını davam etdirdilər. Birinci Dünya müharibəsinin son mərhələlərində isə (1916-1918) eskandronlarını Bolqar qüvvələrinə qarşı yönəltdi.
Bioqrafiyası İdris Səfər, Monteneqronun şimalında yerləşən, o zamanlarda Osmanlı İmperiyasının Kosovo vilayətinin və indiki Serbiya sərhədləri içərisində yerləşən Preşevada anadan olmuşdurElsiye 2012, səhifə 403.. Erkən yaşlarda alban millətpərəstlərinə qoşulan Səfər, Prizren İttifaqının və İpək İttifaqının üzvü olmuşdur.Bep Yubani et al., Historia e popullit shqiptar: për shkollat e mesme () (Məktəb Kitabı, riştina 2002) səhifə 191-198.
1910 Albaniya Üsyanı
1910-cu ilin Aprel ayında, İsa Boletini və İdris Səfər rəhbərliyi ilə, Kosovo vilayətində Osmanlılara qarşı bir üsyan başladıldıKedouriye 2013, səhifə. 26–. Səfərin rəhbərliyindəki 5 mindən çox üsyançı Kaçanikdən keçən Priştina-Skopye dəmiryolunu kəsdi və həmçinin Kaçanik keçidində Osmanlı qüvvələrinə müqavimət göstərə bildi. Şövkət Turqut Paşa, on üç saat davam edən qarşıdurmanın ardından üsyanı yatırdıPearsons 2004, səhifə 24, amma İdris Səfər rəhbərliyindəki üsyançılar, 2 mindən çox Osmanlı əsgərini öldürmüşdü.Ljubodrag Dimić; Đorđe Borozan (1998). Југословенска држава и Албанци . Službeni list SRJ. s. 317. « Идрис Сефери који је воЬа у Карадагу, а ратовао је и противу Турака и убио више од 2000 турских војника око Гнл>ана у 1909-10 год » (
1912 Albaniya Üsyanı İdris Səfər, 1912-ci ilin Avqust ayının 12-də 30 mindən çox əksəriyyətlə albanlardan təşkil olan nizamsız bir ordu ittifaqı ilə Kosovonun mərkəzini, heç bir müqavimətlə qarşılaşmadan ələ keçirdi. Səfər, həmçinin ən şiddətli döyüşlərin baş verdiyi Ferizovik (, ) bölgəsindəki milisləri də təşkil etdi.
Həmçinin Bax Alban üsyanı (1910)
İstinadlar
Kateqoriya:1847-ci ildə doğulanlar Kateqoriya:1927-ci ildə vəfat edənlər Kateqoriya:25 martda vəfat edənlər Kateqoriya:14 martda doğulanlar Kateqoriya:Əlifba sırasına görə hərbi xadimlər Kateqoriya:Albanlar Kateqoriya:Kosovo albanları Kateqoriya:Partizanlar