Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun Çarhan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930–1956-cı illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956-cı ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur.“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 168N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.46

Əhalisi Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir. 61 təsərrüfatı var.

İstinadlar

Kateqoriya:Şamaxı rayonunun kəndləri