Hadisələr 12 yanvar - İtaliyada 1848-1849-cu illər inqilabının başlanması. Palrmoda - Siciliyada üsyanın baş verməsi. 2 fevral - Quadalupe-İdalqoda Meksika ilə ABŞ arasında imzalanmış sülh müqaviləsinə əsasən Meksikanın ABŞ-nin xeyrinə ölkə ərazisinin təxminən 55%-ni təşkil edən Texas, Yeni Meksika, Yuxarı Kaliforniya və digər ərazilərdən əl çəkməsi. 15 fevral – Londonda Karl Marks və Fridrix Engelsin birgə yazdığı "Kommunist Partiyasının Manifesti" əsərinin çapdan çıxması. 22 fevral - Fransa inqilabının başlanması 24 fevral-Fransada Burbonlar sülaləsinin sonuncu nümayəndəsi olan I Lui-Filippin hakimiyyətdən devrilməsi, Fransada inqilabın başlanması. 27 fevral - Almaniyanın cənub-qərb hissəsində və Reyn əyalətində inqilabi çıxışların baş verməsi, 1848-1849-cu illər Almaniya inqilabının başlanması. 3 mart - Layoş Koşutun Avstriya imperatoru İ Ferdinanddan Macarıstan Konstitusiyasının tətbiqini və müstəqil Macarıstan hökumətinin yaradılmasını tələb etməsi 13 mart- Avstriyanın paytaxtı Vyanada üsyanın başlanması. 15 mart -Macarıstanda Avstriya zülmünə qarşı üsyanın başlanması. 18 mart- Berlində silalı üsyanın baş verməsi. 18-22 mart- Milanda baş verən üsyan nəticəsində avstraliyalıların Vyanadan qovulması. 23 mart: Korteslərdən qeyri-məhdud səlahiyyət alan İspaniyanın baş naziri general Ramon Narvaes tərəfindən parlamentin buraxılması. Layoş Battayani tərəfindən ilk müstəqil Macarıstan hökumətinin təşkil edilməsi. 25 mart - Sardiniya krallığının kralı Karl Albertonun Avstriyaya müharibə elan etməsi. Avstriya-İtaliya müharibəsinin başlanması. 25 aprel - Vyanada İmperiya ərazisində yaşayan bütün millətlərə bərabər hüquqlar vəd edilən imperiya konstitusiyasının layihəsinin dərc olunması may - Frankfurt-Maynda Ümumalman parlamentinin fəaliyyətə başlaması. may -Berlində Prussiya Milli Məclisinin açılması. 12 iyun -Praqada fəhlə və tələbələrin dinc nümayişinin gülləbaran edilməsi. Praqa üsyanının başlanması. 17 iyun - Avstriya qoşunları tərəfindən Praqa üsyanının yatırılması. 22 iyun - Parisdə üsyanın başlanması. 26 iyun - Paris üsyanının yatırılması. 22 iyul - Vyanada Avstriya parlamentinin - reyxstaqın fəaliyyətə başlaması. 11 avqust - Sardiniya ilə Avstriya arasında bağlanmış barışığa əsasən Sardiniya qoşunlarının Lombardiya, Venesiya və digər əyalətləri tərk etməyi öhdəsinə götürməsi. 18 sentyabr - Frankfurt na-Maynda üsyanın yatırılması. 6 oktyabr -Vyanada Avstriya zülmünə qarşı üsyanın baş verməsi. 31 oktyabr - İmperator qoşunlarının Vyanaya daxil olması və üsyanın yatırılması. 15 noyabr - Avstriya parlamentinin - reyxstaqının fəaliyyətinin başa çatması. noyabr - Romada üsyanın baş verməsi və Papa IX Piyin Vatikandan qaçması. İranda Babilər hərəkatının (1848-1852) başlanması. Bibiheybətdə texnik Semyonov tərəfindən mexaniki üsulla dünyada ilk dəfə neft quyusunun qazılması. Şamaxıda eyni adlı xeyriyyə cəmiyyəti tərəfindən ibtidai məktəb sinfi olan Müqəddəs Nina məktəbinin açılması.

Doğumlar 28 yanvar – Həsənəli xan Qaradaği 21 oktyabr – Mekertiç Portağalyan İvan Yakovlev Mariyana Marraş Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi

Ölümlər Azərbaycan tarixçisi - Mirzə Adıgözəl bəy.