Hadisələr 26 yanvar — Sardiniya krallığınınn Rusiya imperiyasına müharibə elan edərək Krım müharibəsinə daxil olması, 27 yanvar — Panama dəmiryolunun ilk dəfə Atlantik okeanı ilə Sakit okeanının birləşdirməsi. 7 fevral — Rusiya ilə Yaponiya arasında Simod müqaviləsinin imzalanması və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilməsi. 17 fevral — Rus ordusu tərəfindən Yevpatoriyanın ələ keçirilməsi üçün uğursuz cəhd göstərilməsi, 3 mart — Rusiyada II Aleksandrın (1855-1881) hakimiyyətə gəlməsi. 30 mart: Triyestdə İspaniya taxt-tacına iddiaçı Don Böyük Karlos vəfat etməsi, onun oğlu qraf Montemolinin VI Karl adını qəbul etməsi, Peşavarda Birinci ingilis-əfqan müharibəsini (1838–1842) formal şəkildə başa çatdıran ingilis-əfqan sülh müqaviləsinin imzalanması, 9 aprel — Müttəfiq qoşunları tərəfindən Sevastopolun ikinci dəfə bombardman edilməsi, 24 may — Kerçə (Krıma) fransız ekspedisiya korpusunun çıxarılması, 13 iyun — Nikaraquaya sonralar Qranadanı ələ keçirən və respublikanın prezidenti seçilən polkovnik Vilyam Uokerin başçılığı ilə Şimali Amerikadan könüllülər dəstəsinin gəlməsi. 18 iyun — Müttəfiqlərin Sevastopola uğursuz hücumu, 15 avqust — Meksikada general Antonio Santa-Annanın diktaturasının devrilməsi. Santa-Annanın general Martin Karreranı prezident təyin etməsi, 16 avqust — Krımda Qara çay sahillərində rus qoşunlarının müttəfiqlərin mövqelərinə uğursuz hücumları. 18 avqust — Avstriya imperiyası ilə Müqəddəs Prestol arasında katolik kilsəsinin mətbuat və məktəb üzərində təsirini gücləndirən konkordatın imzalanması, 8 sentyabr — Malaxov kurqanının süqutundan sonra rus ordusunun Qara dəniz donanmsının qalıqlarını batıraraq Sevastopolu tərk etməsi, 12 sentyabr — Meksikada baş verən üsyan nəticəsində general Martin Karreranın diktaturasının devrilməsi, 4 oktyabr — Mexiko yaxınlığındakı Kuernavak şəhərində Meksikanın bütün ştatlarının nümayəndələrinin surasının çağırılması, Xuan Alvaresin ölkənin prezidenti seçilməsi, koalision hökumətin yaradılması. 20 noyabr: Xuan Alvaresin üsyançı ordusunun Mexikoya daxil olması, Kosta-Rikanın prezidenti Xuan Rafael Mor tərəfindən Vilyam Uokerin Başçılıq etdiyi Nikaraqua hökumətinin müdaxiləyə hazırlaşmaqda ittiham edilməsi və Nikaraquaya qarşı beynəlxalq ekspedisiyanın təşkili üçün çağırış edilməsi. 28 noyabr — Qafqazda rus qoşunları tərəfindən mühasirəyə alınan türk qalası Qarsın təslim olması. Gədəbəydə kiçik bir misəritmə zavodu inşa edilmişdi.
Doğumlar Mehdiqulu xan Şeyx İbrahim Zəncani Aşıq Molla Cümə Səməd bəy Sadıq bəy oğlu Mehmandarov, Rusiya ordusunda general. Mirkazım xan Mirəli xan oğlu Talışxanov, Rusiya ordusunda general. Edvin Holl Nevfidan Pərtəvpiyalə Qadınəfəndi
Ölümlər 26 yanvar – Riçard Cons, ingilis iqtisadçısı 23 fevral — Karl Fridrix Qauss, Görkəmli alman riyaziyyatçısı, astronom və fiziki