() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Qısa morfoloji təsviri Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 3-10sm cavan dövründə qabarıq, sonradan səthi qıfvari çökmüş, narıncı, sarı-narıncı, hamar, zəif selikli, konsentrik zonalıdır. Lövhələr sarımtıl-narıncı, sıx, qovuşan və ya ayaqcığa doğru bir qədər sürüşəndir. Lövhəciyə toxunduqda çıxan süd şirəsi şirintəhərdir, rəngi narıncı, havanın təsirindən yaşıllaşandır. Ayaqcıq 2-8 x 2-2,5 sm silindrik, içiboş, papaqcıq ilə həmrəngdir. Yüksək keyfiyyətli yeməli göbələkdir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri İynəyarpaqlı ağacların simbiotrofudur. Meyvə cismi avqust-sentyabr aylarında inkişaf edir.
Yayılması Göygöl Dövlət qoruğunun iynəyarpaqlı meşələrində rast gəlinir.
Sayı və tendensiyası Populyasiyasıyanın sayı azdır.
Məhdudlaşdırıcı amillər İynəyarpaqlı ağaclarla simbiotrof inkişaf tərzi məhdudlaşdırıcı amil ola bilər.
Mühafizə tədbirləri Yeməli göbələk olduğu üçün kütləvi toplanmasına məhdudiyyət qoyulması məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən göbələklər Kateqoriya:Yeməli göbələklər Kateqoriya:1821-ci ildə təsvir edilən taksonlar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər