Elmi adı - Rhodotus palmatus (Bul, Fr.) Maire 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür.http://redbook.az/?options=project&id=Ovucvari%20rodotus

Qısa morfoloji təsviri Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil Васильева Л.Н., 1973.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir. Sadıqov A.S. 2003

Yayılması Gədəbəy ətrafı meşəsi əraisidir.

Sayı və tendensiyası Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır.

Məhdudlaşdırıcı amillər Naməlumdur.

Mühafizə tədbirləri Populyasiyanın vəsiyyətinə nəzarət vacibdir. Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013

İstinadlar

Kateqoriya:Göbələklər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər