() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2abc+3c. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9–20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir. 4,5-5,5 mm uzunluğundadır, iki toxumludur.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Meyvə verməsi sentyabr ayına təsadüf edir. Daşlı qayalıqlarda, kolluqların arasında rast gəlinir.
Yayılması Kiçik Qafqazın şimal hissəsi (Çaykənd ətrafı), Abşeron (Kəkliklidağ).
Sayı və tendensiyası Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Yaşayış mühitinin deqradasiyası və ətraf mühit amillərinə həssaslığı müşahidə olunur.
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax