() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3–6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25–30 mm diametrindədir. Qutucuq 5–7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.

Yayılması Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Küküdağ–Darboğaz, Batabat).

Sayı və tendensiyası Populyasiyanın ehtuyatı məhduddur və azalır.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıqdır.

Mühafizə tədbirləri Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları