Hadisələr 20 yanvar - Birinci ingilis-əfqan müharibəsinin gedişində Əfqanıstan əmiri Dost Məhəmmədin ingilislərdən azad edilmiş Lahorda təntənəli şəkildə qarşılanması və Kabula doğru hərəkət etməsi. 14 mart - Haiti prezidenti Jan-Pyer Buayenin devrilməsi. 13 oktyabr - Nyu-Yorkda Bnay Brit yəhudi təşkilatının əsasının qoyulması. 30 dekabr - Haiti Pespublikasının yeni Konstitusiyasının qəbul edilməsi. Almaniyanın Hamburq şəhərində müasir tipli ilk kanalizasiyanın inşa edilməsi. Nuxa şəhərində "Təcrübə ipəkçilik məktəbi"nin fəaliyyətə başlaması.Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 124. 10 mart - Rusiya çarı I Nikolayın fərmanına əsasən "Ali müsəlman silki"nin təsis edilməsi.
Doğumlar 30 mart - Konsstantin Mixayloviç Stanükoviç, rus yazıçısı. 15 iyun - Edvard Qriq, Norveç bəstəkarı. 2 iyul - Antonio Labriola, İtalyan marksizminin banisi, filosof 20 sentyabr - Nikolay Aleksandroviç - böyük knyaz
Ölümlər 15 fevral - Teodoros Kolokotronis, Yunanıstanın istiqlaliyyəti uğrunda müharibə dövründə yunan sərkərdəsi. 29 aprel - Aleksey Nikolayeviç Olenin, rus dövlət xadimi. 19 mart - Anton Reynqard Falk, Niderland siyasi xadimi. 21 mart - Robert Sauti, ingilis şairi. 7 iyun - İohann Xristian Fridrix Qyölderlin, alman şairi. 11 iyun - qraf Pyotr Xristianoviç Vitgenşteyn, rus hərbi xadimi. 16 iyun - Vilyam Şau Katkart, Böyük Britaniya generalı və diplomatı. 24 iyun - İohann Fridrix Kind, alman şairi və dramaturqu. 19 sentyabr - Qustav Kaspar Koriolis, fransız riyaziyyatçısı. 6 oktyabr - Arçibald Kempbell, Böyük Britaniya generalı. 25 oktyabr - qraf YevqrafFedotoviç Komarovski, rus dövlət xadimi və memuaristi. Ehsan xan Kəlbalı xan oğlu Naxçıvanski, Rusiya ordusunda general.
İstinadlar