thumb|Qum saatı Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır.

Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur.

Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil. Buradakı fərq keçid saniyəsi ilə təyin edilir. Bu problem müxtəlif zaman şkalalarının yaranmasına gətirib çıxarmışdır: Efemerid zamanı (1960), Yerin fırlanmasındakı qeyri-bərabərliyi tənzimləmək üçün, TDT (Yer Dinamik Vaxtı, "Yer-Atom zamanı") dinamik zaman olub 1984-cü ildən tətbiq olunur. O, Sİ sistemi üçün baza rolunu oynayır; TCB (Barisentrik Koordinat Vaxtı), Günəş sisteminin ağırlıq mərkəzinin məxsusi zamanı. Geosentrik Koordinat Vaxtı (TCG), yer kürəsinin mərkəzinin məxsusi zamanı.

İstinadlar

Ədəbiyyat Adil Əsədov. Zaman anlaışının fəlsəfi mənası mövzusu ətrafında ötən əsrlərdən üzübəri davam edən virtual mükalimə // Adil Əsədov. Fəlsəfi pentalogiya: İkinci bölüm - Varlığın fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2025. s.113-136

Həmçinin bax Zamanın və məkanın fəlsəfəsi

Xarici keçidlər Bünyadzadə, K. Zaman haqqında düşüncələr (Azərb. dilində)// Tam mətn ss.8–29 (https://doi.org/10.33864/MTFZK.2019.0)

Kateqoriya:Əsas mövzuların təsnifatı Kateqoriya:Horologiya Kateqoriya:Kosmologiya Kateqoriya:Şkala fiziki vahidləri Kateqoriya:Təfəkkür fəlsəfəsi anlayışları Kateqoriya:Xronologiya Kateqoriya:Fiziki effektlər və hadisələr