Tarixi film — tarixi faktları özündə əks etdirən film janrı. Bu filmlər tarixi faktlara və sənədlərə əsaslanaraq çəkilir. Bu filmlərdə real insanların həyatı göstərildiyi kimi (tarixi-bioqrafik), uydurma obrazlar da (tarixi-macəra) göstərilə bilər.Ssenari yaradıcılığı 2. (Televiziya serialları). Dərs vəsaiti. Bakı: 2020, — 176 s. İstifadə tarixi: 11.01.2023
Növləri Tarixi filmlər bir neçə janra bölünür
Tarixi dram – Real hadisələri emosional və dramatik şəkildə təqdim edir.
Bioqrafik film – Tarixi şəxsiyyətlərin həyatını əks etdirir.
Müharibə filmi – Müharibələr və döyüşlər üzərində qurulur.
Epik döyüş filmi – Böyük döyüş səhnələri və qəhrəmanlıq hekayələri ilə seçilir.
Melodramatik tarixi film – Tarixi hadisələri şəxsi münasibətlər və emosiyalar fonunda göstərir.
İstinadlar
Kateqoriya:Film janrları
Kateqoriya:Tarix haqqında əsərlər