Hadisələr 2 fevral - Rafael Karreranın üsyançı ordusunun Qvatemala şəhərinə daxil olması. mart - Buda və Peştdə böyük daşqınların baş verməsi. 16 mart - Braziliyanın imperator ordusu tərəfindən San-Salvador şəhərinin tutulması 14 aprel - Fransisko Morasanın federal ordusunun Rafael Karreranın dəstələrinin tərk etdiyi Qvatemala şəhərinə daxil olması. 30 aprel - Nikaraquanın Mərkəzi Amerika Federal Respublikasının tərkibindən çıxdığını elan etməsi 15 noyabr - Birinci ingilis-əfqan müharibəsinin gedişi zamanı əfqan taxt-tacına namizəd Şuci ül-Mülkün dəstələrinin Ludxiyandan Əfqanıstan istiqamətinə hərəkət etməsi. 2 dekabr - Birinci ingilis-əfqan müharibəsinin gedişi zamanı əfqan taxt-tacına namizəd Şuci ül-Mülkün dəstələrinin Hindistandakı Böyük Britaniya mülklərinin sərhəddini keçərək Əfqanıstana soxulması. İngiltərə ilə Rusiya arasında ticarət konvensiyasının imzalanması. İngiltərə ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi. Acıaxur döyüşü avqust-sentyabr - Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə Rüsiyanın müstəmləkə siyasətinə qarşı üsyan baş verdi. Azərbaycanda ilk rus köçkünləri tərəfindən Lənkəran qəzasında Vel kəndinin salınması. Naxçıvanda və Şamaxıda qəza məktəblərinin açılması.
Doğumlar Hacı Zeynalabdin Tağıyev
Ölümlər Albert fon Şamisso