Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; ) — xəttat nəqqaş və şair.
Həyatı Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərib. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb, fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır.
Fəaliyyəti
Şeirləri Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir. "Nə bilim" adlı satirik şeirindən misralar:
İctimai məzmunlu şeirləri İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.
Yaradıcılığı
Nəqqaşlıq sənəti Usta Zeynal həm də mahir nəqqaş olmuş Ordubad, Təbriz və Tiflisdə bir sıra binanın dekorativ bəzəklərini işləmişdir. Naxçıvanda yerləşən xan sarayının və yaşayış binasının, Bakıda Hacı Zeynalabdin Tağıyevin evi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), Ordubad şəhərinin "Malik İbrahim" qəbiristanlığındakı dağa bitişik "Qara pir"də işlədiyi naxış, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar "Came" məscidinin arxa divarına işlədiyi "Şiri-xurşid" gerbi də sənətkarın maraqlı yaradıcılıq nümunələrindəndir. Müəllif Ordubaddakı Cümə məscidinin divarına həkk etdiyi şeirində yazır:
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər "Qızıl əlli nəqqaş" şair
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Türk şairlər