Terrorizm və ya terrorçuluq ( – qorxu, vahimə) və ya — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması.DÜNYƏVİ DÖVLƏT YÜKÜ
Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür.
Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri qanunaziddir.
Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Sözügedən təhlükə transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir.
Tarixi Müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarında başlayır. XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın daimi faktoruna çevrilmişdir.
"Terrorçu" və "terrorizm" terminləri 18-ci əsrin sonlarında Böyük Fransa inqilabı zamanı yaranıb. Lakin 1970-ci illərdə Şimali İrlandiya konflikti, Bask münaqişəsi, İsrail-Fələstin münaqişəsi, XXI əsrdə isə 11 sentyabr hadisələri və İŞİD-in fəaliyyəti zamanı bütün dünyada diqqəti cəlb edib, beynəlxalq səviyyədə geniş istifadə olunub.
Yaranma səbəbləri Qədim dövrlərdən başlamış ictimai formasiyaların dəyişməsi ilə paralel olaraq baş verən münaqişələr nəticəsində dövrün qüdrətli dövlətlərinin adı tarixdən silinmiş və yerinə yeni dövlətlər yaranmışdı. Bu proses XX əsrdə özünün kulminasiya nöqtəsinə çatdı. Dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük dövlətlər arasında mübarizə qızışmış və bəşəriyyətin həyatında ən ağır hadisələrə yol açmışdı: I və II Dünya Müharibələri başlamışdı; on milyonlarla insan həyatını itirmişdi, yüz milyonlarla dollar maddi ziyan dəymiş, dünya iqtisadiyyatı iflic vəziyyətə düşmüşdü.
Dünya bu vəziyyətdən çıxmaq üçün sülhə qədəm qoymuşdu. Fəqət gözlənilənin tam əksi baş vermişdi. Dünya iki qlobal problem qarşısında qalmışdı: 1.Soyuq müharibə 2. Terrorizm
Soyuq müharibə bəşəriyyəti daim nüvə təhlükəsi altında saxlayırdı. Digər qlobal problem sayılan Terrorizm isə mülki əhalinin ziyan çəkdiyi əsas faktor idi. Terror təşkilatları tərəfindən törədilən saysız terror aktları günahsız əhalinin ölümünə səbəb olur, insanlara maddi həsar vurur və digər ağır nəticələrə səbəb olur.
Onun təmsilçiləri rus xalqları, İrlandiya, Makedoniya, Serbiyada radikal millətçilər, Fransada anarxistlər, həmçinin İtaliya, İspaniya və ABŞ kimi ölkələrdə analoji hərəkatlar olmuşdur.
Terror aktı "Terrorizmə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür.
Əvvəllər Müttəfiq Respublikaların (Söhbət SSRİ-yə daxil olan Müttəfiq respublikalardan gedir) Cinayət Məcəllələrində "Dövləti cinayətlər" fəslinə daxil olan "Terror aktı" və "Təxribat" adlı tərkiblər vardı. Bu cinayətlərin yalnız sovet dövlətini sarsıtmaq və ya zəiflətmək məqsədilə edilməsinə görə məsuliyyət nəzərdə tutulurdu.
Sovet ədəbiyyatlarında Terror aktına bu cür anlayış verilirdi: Terror aktı – dövlət və ya ictimai xadimlərin həyatına qəsd, yaxud onlara digər formada zorakılıq şəklində siyasi məqsədlərlə edilir. Qeyd edilən bu anlayışla razılaşmaq olmaz. Müasir baxımdan da bu anlayışı düzgün təsnif hesab etmək yanlış olardı. Belə ki, real həyatda terrorizmdən daha çox mülki, sivil şəxslər ziyan çəkir.
Terrorizmlə mübarizənin əsas prinsiplərinin aşağıda sadalanan prinsiplər təşkil edir:1 a) Qanunçuluq; b) Terror fəaliyyətilə məşğul olmanın mütləq cəzalandırılması; c) Terrorçulara minimal güzəştlər; d) Antiterror əməliyyatlarının taktiki üsulları və həyata keçirilməsi, heyət barədə minimal məlumatların verilməsi və s.
Subyekt aşağıda sadalanan hallarda cinayət məsuliyyətindən azad edilə bilər: a) Ancaq terror aktının hazırlanmasında iştirak etmişdirsə; b) Terror aktı icra edilənədək hakimiyyət orqanlarını bu barədə xəbərdar etmişdirsə; c) Terror aktının aradan qaldırılmasında kömək etmiş istənilən hərəkət etmişdirsə; d) Əgər şəxsin əməlində başqa cinayət tərkibi yoxdursa.
Dünyada terror təşkilatların siyahısı PKK – Partiya Karkaren Kürdistan Kürdistan Fəhlə Partiyası Əl-Qaidə Hizbullah Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri Əbu Səyyaf Taliban Tamil İlamin Azadlıq Pələngləri İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi Sendero Luminoso İşıqlı Yol Tupak Amaru İnqilab Hərəkatı ASALA.
Terror aktlarının siyahısı 2001-ci il, ABŞ. Ölüm, xəsarət və maddi ziyana görə Nyu-Yorkdakı 11 sentyabr hadisələri terror aktları arasında şəriksiz liderdir. Yaxın tarixdə baş vermiş bu hadisədən çox danışıldığı üçün uzun-uzadı söhbət açmaq yersiz olardı. Sadəcə onu demək kifayətdir ki, terror aktları nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyonlarla dollarla ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurub. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib.
23 oktyabr 1983, Livan."Mercedes Unimog" markalı su daşıyan avtomobil səhər saat 6 radələrində Beyrut aeroportu yaxınlığında yerləşmiş Amerika bazasına tərəf irəliləyir. Avtomobili tanıyan əsgərlər qapını açırlar. Avtomobil heç bir maneə olmadan 3 nəzarət buraxılış məntəqəsini keçir və qadağan olunmuş əraziyə — tikanlı məftillərlə əhatə olunmuş kazarmaya tərəf yönəlir. Əsgərlər atəş açsa da artıq gec idi. Sürücü avtomobili 400 amerikan əsgərinin yatdığı kazarmaya çırpır. Təqribən 20 saniyə sonra fransız sülhməramlılarına qarşı da eyni tip hücum təşkil edilir. Aksiya nəticəsində 241 amerikan və 60-dan çox fransız əsgər məhv olur — ümumilikdə 309 nəfər. Hadisə zamanı 75 nəfər də yaralanır. Bu hadisə amerikan vətəndaşlarına qarşı ölkədən kənarda baş verən ən böyük hücumdur. Fransada həmin gün matəm elan olunur, hadisə geniş əks səda doğurur. Hücumu İranın təhriki ilə Hizbullah və Pasdaranın (Sepahe pasdarane enqelabe islami — İslam inqilabı keşikçiləri Korpusu) birgə təşkil etdiyi iddia edilir. Xilasetmə işlərinə cəlb olunan əsgərlər də Hizbullah snayperlərinə tuş gəlirlər. Bununla da qurbanlarının sayı artır.
Cənub qonşumuz İran özü də terrordan əziyyət çəkmişlər sırasındadır. Bu ölkədə ən böyük terror aktı 19 avqust 1978-ci ildə törədilib.
Şah rejimi ölkədə vəziyyətin böhran həddinə çatdığını görərək 1979-cu ilin iyulunda tam demokratik seçkilər keçirəcəyinə söz verib kütləni bir qədər sakitləşdirir. Lakin bu vəziyyət bir il sonra İranda hakimiyyətə gələcək mollalara sərf etmirdi. Hər nə yolla olsa xalqı şahdan narazı salmaq lazım idi. Nəhayət islam pərdəsi altında gizlənənlərin köməyinə terror çatır. Mollalar niyyət vasitəyə bəraət qazandırır prinsipi ilə hərəkət edərək Abadan şəhərindəki Reks kinoteatrını hədəf alırlar. Film nümayişi zamanı qapılar çöldən möhkəm bağlanır və binaya əvvəlcədən yerləşdirilmiş kerosin çəlləklərinə od vurulur. Hadisə zamanı heç kəs çölə çıxa bilmir. Əksəri qadın və uşaq olan 477 tamaşaçı yanaraq və ya boğularaq həyatını itirir. Yanğınsöndürənlər hadisə yerinə gəldikdə artıq gec idi.
"nouvelobs.com"un xəbərinə görə, hadisədən bir-neçə saat sonra İmam Xomeyni belə bir bəyanat yayır: "İnsanlığa və islama zidd olan bu davranışın şahın rəqibləri ilə heç bir aidiyyəti yoxdur".
Şahın zamanında başlanan istintaq qrupu hadisədə İmam Xomeyninin təşkil etməsi versiyasını irəli sürür. Xomeyni o zaman İraqda mühacirətdə idi. Hökumət onu gətirsə belə Ayətullah titulu olduğu üçün onu heç bir məsuliyyətə cəlb etmək mümkün olmayacaqdı. Digər tərəfdən imamın bu cinayətdə adının hallanması şah rejiminin süqutunu sürətləndirə bilərdi. Bu səbəbdən də Xomeyni versiyası arxivə qoyuldu. İstintaqa ifadə verənlərdən biri isə hadisə zamanı mollalardan birinin qapıları çöldən bağlamasını, digər 2 nəfərin isə içəridə kerosin bidonlarına od vurduğunu bildirdi. Bu üç nəfərdən isə yalnız biri güclü yanıq xəsarəti ilə qurtula bilib.
İslam inqilabının qələbəsindən sonra bu cinayət yenidən gündəmə gəlir. Bu dəfə də islam məhkəməsi bütün günahı Hüseyn Təkbəlizadə adlı fəhlənin üzərinə qoyur. Məhkəmə "tamaşa"sında o, bu terroru Savakın (şahın siyasi polisi, Gestapo ilə müqayisə edilə bilər) göstərişi ilə törətdiyini bildirdi. Prosesdən sonra Təkbəlizadə dərhal edam olunur və iş bağlanır. Artıq inqilabçılar istəklərinə çatmışdı.
Fransada mühacir həyatı yaşayan Cavad Bişetab isə hadisənin ideya müəllifi kimi İmam Camini göstərir. Bişetaba görə Abadan şəhərinin imamı olan Cami kerosin bidonlarının teatra gətirilməsini də təşkil edib.
Bəs bu sözdə islam keşikçilərini qeyri islami davranışa vadar edən nə idi? Bişetab qoyduğu sualın cavabını belə verir: "Neft sənayesi işçilərini tətilə təhrik edərək şah rejimini çökdürmək".
Mühacir sosioloq Ramin Kamranın təbirincə, mollalar bu yanğınla "İranda Reyxstaqın yandırılması" planını gerçəkləşdirdilər. Bundan sonrası isə əksər azərbaycanlıya və Azərbaycan vətəndaşına məlumdur. Lakin heç bir sosioloq bu işdə inqilab rəhbərinin əli olduğunu istisna etmir.
"iran-resist.org"-un xəbərinə görə, hadisələri qəlyan çəkən bir molla kurasiya edib. Fələstin Azadlıq Təşkilatının üzvlərindən biri bu şəxsin indiki ali dini lider Xamneyi olduğunu iddia edir.
2001-ci il 10 avqust, Anqola. Fransa beynəlxalq radiosunun (RFİ) xəbərinə görə, UNİTA silahlı qruplaşmasının sərnişin qatarını atəşə tutması nəticəsində 259 nəfər həlak olur, 160 nəfər yaralanır. 1975-də müstəqillik əldə edən Anqolanın tarixində bu ən qanlı hadisə kimi düşür. Bir neçə həftəyə danışıqlara başlamağı qərara alan hökumət və UNİTA bu hadisədən öz məqsədləri üçün istifadəyə çalışır. Din xadimləri araya girərək həm dövləti, həm də hərbi qruplaşmanı danışığa təhrik etsə də artıq gec idi. 1975-dən bəri ölkədə davam edən çəkişmələr nəticəsində neft və almazla zəngin olan bu ölkənin 1 milyon vətəndaşı həyatını itirib, yüz minlərlə insan isə tərki vətən olub.
22 iyun 1985, Kanada. Vankuver hava limanında Sinqh adlı bir nəfər baqajını "Canadian Pacific Airlines"-ın (CP) Tornto reysi üçün qeydiyyata saldırır və xahiş edir ki baqaj Toronto-Bombey reysinə transfer edilsin. Özü isə təyyarəyə minmir. Təyyarə Torontoya enərkən Sinqhin verdiyi baqajda partlayış olur. Nəticədə 2 işçi həlak olur, 4 nəfər yaralanır.
Saat 20.37-də göyərtəsində Avstraliya imperatriçəsi olan təyyarə havaya qalxır. Sinqh isə 38-ci yerə bilet alsa da sərnişinlərin arasında yox idi. 07.15-də "Air İndia"ya ya məxsus təyyarə İrlandiyanın radarlarından itir və partlayış səsi gəlir. Təyyarənin qalıqları İrlandiya sahillərindən 250 km aralıda 2000 metr dərinlikdə aşkar edilir. Terror aktı nəticəsində 307 sərnişin və 19 heyət üzvü həlak olur. Bu hadisə Kanada vətəndaşlarına qarşı törədilən ən böyük hücum idi. Həlak olanların 280-i kanadalı olub. Hadisəni törədən hind mənşəli Kanada vətəndaşı Talwinder Singh Parmar isə 2005-ci ildə Pencabda polislə atışma zamanı öldürülür. Məhkəmə prosesi davam edir.