Ağasəlim Mircavadov () – Azərbaycanın futbol mütəxəssisi.

Həyatı Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. Neftçi Bakı klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib.

Sovet dönəmində bir neçə dəfə Neftçi Bakı komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb.

1991–1996-cı illər aralığında Ağdamın Qarabağ klubuna rəhbərlik edib. 1993–1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, Qarabağ, Neftçi, Xəzər-Lənkəran klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə Neftçi və Xəzər-Lənkəran klubuna MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandırıb.

2008-ci ilin may ayında Şöhrət ordeninə layiq görülüb. 2018-ci ilin dekabr ayında Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Nailiyyətlər Azərbaycan çempionatı

Cempion (5):1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007

2-ci yer (3):1993/1994, 1998/1999, 2010/2011

3-cu yer (1):2005/2006

Azərbaycan kuboku

Qalib (4):1993, 2006/2007, 2007/2008, 2010/2011

Finalçı (3):1995/1996, 1998/1999, 2009/2010

Azərbaycan Superkuboku

Qalib (1):1994

Birlik Kuboku

Qalib (2):2005, 2008

İstinadlar

Xarici keçidlər Ağasəlim Mircavadov Footballfacts.ru saytında 20px|link=YouTube Sportcast - 13.01.2025 I Ağasəlim Mircavadov

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Xəzər-Lənkəran FK-nın baş məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Bakılı futbolçular