Dubrovnik Universiteti (, ) — Xorvatiyanın Dubrovnik şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Vesna Vrtiprahdır.

Tarixi thumb|Universitetin binası Xorvatiyanın ən gənc universiteti olan Dubrovnik Universitetinin əsası 2003-cü ildə qoyulmuşdur. Belə ki, həmin ilin 1 oktyabr tarixində Xorvatiya Təhsil və Texnologiya Nazirliyinin təklifi ilə Xorvatiya Respublikasının Hökuməti yekdil qərarına əsasən Dubrovnik Universitetinin yaradılması ilə bağlı Akt qəbul edildi. Beləliklə Dubrovnik Universiteti hüquqi status əldə edir və bundan sonra 16 noyabr 2003-cü il tarixində Dubrovnik Ticarət Məhkəməsinin Qeydiyyatına daxil edilmişdir.

Tədris Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.

Departamentləri Universitetin 7 departamenti var: Balıqçılıq Departamenti Elektrik Mühəndisliyi və İnformasiya Texnologiyaları Departamenti İqtisadiyyat və Biznes Departamenti Mühəndislik Departamenti Dəniz DepartamentiMaritime & Yacht Programs . edumaritime.com Kütləvi Kommunikasiya Departamenti İncəsənət və Bərpa Departamenti

Kitabxanası Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanaları bunlardırLibraries . unidu.hr: Texniki və Bio-texniki Elmlər Kitabxanası Sosial Elmlər Kitabxanası Turizm Sənədləri və İnformasiya Mərkəzi

Kontingent 2010/2011 tədris ilində universitetdə 1,975 tələbə təhsil almışdır; müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 151 nəfər idi.

Rəhbərlik Universitetə rəhbərliyi rektor edir. İndiyə kimi cəmi iki rektoru olub: Mateo Milkoviç (2003-2012) Vesna Vrtiprah (2012-ci ildən bəri)

Xarici əlaqələri Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.

Universitet beynəlxalq fəaliyyəti dəstəkləməkdə və gündəlik fəaliyyətində bunu təşviq etməkdədirInternational Relations . unidu.hr. Universitetin strateji inkişafında beynəlxalq əməkdaşlıq, xüsusilə də EHEA (Avropa Ali Təhsil Sahəsi) və ERA (Avropa Araşdırma Sahəsi) ilə əməkdaşlıq böyük əhəmiyyətə malikdir.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xorvatiya universitetləri Kateqoriya:1 oktyabrda yarananlar Kateqoriya:2003-cü ildə yarananlar Kateqoriya:Dubrovnikdə təhsil