Priştinada yerləşən Müqəddəs Tereza Ana kilsəsi (, ) ― Kosovonun Priştina şəhərində yerləşən Roma-Katolik kilsəsi kafedralıdır.Kosovo Kosovo Respublikası ilə Serbiya Respublikası arasındakı münaqişənin əsas mövzusudur. Kosovo Respublikası 17 fevral 2008-ci ildə müstəqliyyini elan etmişdir, amma Serbiya Kosovonun onun tərkib hissəsi olduğu iddiasına davam edir. 2007-ci ildə Kosovo hökuməti tərəfindən kilsənin tikintisinin planları hazırlanmışdır. Məbəd alban və hind katolik rahibəsi və missioner xoşbəxt Tereza Anaya həsr edilmişdir.

Tarixi thumb|left|Kilsənin zəng qülləsi Kilsənin təməlindəki birinci daşı Kosovonun keçmiş prezidenti İbrahim Ruqova tərəfindən təntənəli surətdə qoyulmuşdur. Ruqova özü din üzrə müsəlmandır. "Kilsə kafedralı arxitekturanın bir hissəsi olacaq. Bu kilsə bizim dəyərlərimizi, milli eyniliyimizi və inamımızı, bizim hislərimizi özündə cəmləşdirəcək." — deyə prezident nitqini tamamlamışdır. Açılış mərasimi 26 avqust 2010-cu ildə — Tereza Ananın anadan olmağının yüzüncü ildönümündə baş tutmuşdur. Hərçənd tikinti işləri yalnız növbəti ildən başlanmışdır. Kilsə kafedralının tikintisi müsəlman dairələrində sərt tənqidlərə və mübahisələri səbəb oldu. Buna mübahisələrə səbəb Kosovoda müsəlmanların digər dinlərə sitayiş edənlər arasında üstünlük təşkil etməsi olmuşdur.

Mübahisələrdən sonra kilsədə tikinti işləri bir müddətə dayandırılmışdır. Prizren Apostol administraturası Priştinadan Prizrenə köçürüldükdən sonra tikinti işləri yenidən başladı. Kilsə şəhərin ən hündür tikililərindən biri hesab olunur.In Pristina's old Ottoman mosque, Muslims gather for prayers

Albanların və Avstriyanın ümumi tarixinə həsr edilmiş sərgi 2015-ci ilin yanvar ayında kilsə kafedralında təşkil olunmuşdur. Tədbirdə Kosovo prezidenti Atifete Yaxyaqa və Avstriyanın xarici işlər naziri Sebastyan Kurs iştirak etmişdir.

Həmçinin bax Kosovoda katolisizm Tereza Ana Priştina

İstinadlar

Xarici keçidlər On new foundations – The construction of the Cathedral of Blessed Mother Teresa in Pristina, a video on YouTube from the Catholic Radio and Television Network (CRTN) about the construction of the Cathedral.

Kateqoriya:Kosovo Kateqoriya:Avropadakı Roma-katolik kafedralları