Klokot () və ya Kllokot (), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır.
Coğrafiyası Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir.
Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir:MUNICIPAL PROFILES: Klokot/Kllokot (Yanvar 2013), OSCE Kosovoda Missiya rəsmi saytından , 2013-cü ilin oktyabr ayının 6-da əldə edildi. Klokot (, ) Moqila (, ) Vrbovak (, ) Grnkare (, )
Tarixi 2003-cü ilin Avqust ayında Klokota yerləşdirilən partlayıcı qurğular, iki Amerikalı KFOR əsgərini öldürmüş və beş serb evini məhv etmişdir.Serbian Studies . 18. North American Society for Serbian Studies. 2004. səh. 315.
Klokot bələdiyyəsi, daha əvvəl Vitina Bələdiyyəsinin bir parçası olaraq 2010-cu ilin Yanvar ayının 8-də rəsmi olaraq qurulmuşdur. Bələdiyyənin baş qərərgahı Klokotda yerləşirLaw on Territorial Organization of the Republic of Serbia (Serb dilində), adopted on 29 December 2007, from the official web site of the Parliament of Serbia , accessed on 6 October 2013.. Kosovonun yeni qurulmuş bələdiyyələri, hələ Vitina bələdiyyəsinin bir parçası olaraq gördüyü serb hökuməti tərəfindən tanınmır.
2014 və Mart 2016 arasında 124 üzvü olan 30 serb ailəsi bələdiyyədən ayrılmışdır"Opštinu Klokot Vrbovac napustilo 30 srpskih porodica" .. 2016-cı ilin Dekabr ayında iki yerli serb gənc, altı albandan ibarət olan, bir qrup tərəfindən bıçaqlanmışdır. Həmən hadisədən bir həftə əvvəl, Kosovoya geri dönən bir serb ailəsinin evi yandırılmışdır."SRBI META ŠESTORICE ALBANACA "Napali su nas iz čista mira"" . Blic.
2016-cı ildə, bələdiyyənin təxmini büdcəsi 800 min € idi."Srbi u Pomoravlju bez perspektive" . TV Most.
İqtisadiyyatı Bələdiyyənin iqtisadiyyatı əsas olaraq təbii resurslara (ümumiyyətlə mədən suyu), turizmə, kənd təsərrüfatına və kiçik ticarət sahələrinə söykənir. Klokotun 32°C-yə çatan bəzi əhəmiyyətli isti su resurları mövcuddurASIN 3897941414 . Bələdiyyədən fəaliyyət göstərən 29 qeydli şəxsi müəssisə mövcuddur. thumb|Klokot bələdiyyəsinin xəritəsi
İctimai Xidmətlər Bələdiyyədə 599 şagird və 33 müəllimdən ibarət olan 3 ibtidai məktəb, 147 şagird və 13 müəllimdən ibarət bir orta məktəb və 15 uşaq və 2 müəllimdən (2013-cü ildən bəri) ibarət bir bağça mövcuddur. İki ibtidai məktəb serb kurrikulumunu izlərkən, biri Kosovolu kurrikulumunu izləyir. Klokotdakı Müqəddəs Sava İbtidai məktəbində, 250 şagird (2001-ci ildən bəri) təhsil alır."We Are Imprisoned Here Like on Reservation" . Blic. 13 Yanvar, 2001. 2012-ci ilin Mart ayının 12-də alındı.
Bələdiyyədə 4 serb ortodoks kilsələri mövcuddur. Qrnçar kilsəsi, minalanmış və Kosovo müharibəsi zamanı, albanlar tərəfindən məhv edilmişdir. Kilsə daha sonra yenidən inşa edilmişdir. Moqila kəndində müharibə zamanı zədələnməmiş bir məscid mövcuddur.
Siyasəti İlk (və ən yəni) bələdiyyə seçkiləri 2009-cu ilin Noyabr ayının 15-də keçirilmişdirKIM radio: Sve spremno za izbore u opštini Klokot-Vrbovac (27.10.2009) (Serbcə). Serb hökuməti bu seçkiləri tanımasa da, seçkilərə əksəriyyətlə serb mənşəli yerli seçicilərin 25,4%-i qatılmışdırKIPRED: Decentralization in Kosovo I: Municipal elections and the Serb participation . Serb olan, Saşa Mirkoviç bələdiyyənin meri seçildiKIM radio: Održana druga sednica decentralizovane opštine Klokot (02 Fevral, 2010) (Serbcə). Bələdiyyə məclisinin 15 üzvündən 10-u, Serb Müstəqil Liberal Partiyası-dan, 5-i isə Kosovo Alban Demokratik Liqası-dan seçildi.KIM radio: Decentralizovana opština Klokot održala prvu sednicu Skupštine (21 Yanvar, 2010) (Serbcə)
Demoqrafiyası Klokot bələdiyyəsində serb əksəriyyəti və alban azlığı varInstituti GAP. MAAM, 2010-cu və 2013-cü illərdəki təxminlərinə söykənərək, Klokot bələdiyyəsində, 3,500 serbin yaşadığını (71,23%) hesablamışdırECMI Kosovo 2013. Klokot qəsəbəsində Kosovo müharibəsindən (1998-1999) əvvəl 1,500 nəfər və 2001-ci ildə isə 1,200 nəfər yaşayırdı.
Klokot bələdiyyəsi 2011 Etnik qruplarƏhalisi%Albanlar1,36253.29Serblər1,17740.05Qaraçılar90.35Türklər10.4Digərləri və qeyd edilməyənlər70.27
Xarici Keçidlər Klokot Bələdiyyəsinin rəsmi saytı Radio Klokot "Klokot - ni manje opštine, ni većih problema". Glas Amerike.
İstinadlar
Kateqoriya:Kosovonun yaşayış məntəqələri