Belqrad Universiteti () — Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru İvanka Popoviçdir.

Tarixi thumb|Universitetin binası 1890-cı illərdə thumb|Universitetin ilk professorları (1905). Avropanın ən qədim universitetlərindən biri, Serbiyanın isə ən qədim universiteti olan Belqrad Universitetinin əsası 1808-ci ildə Belqrad Ali Məktəbi kimi qoyulmuşdurAbel Məhərrəmov Belqrad Universitetinin nümayəndə heyətini qəbul edib . bsu.edu.az, 08.10.2012 . 1905-ci ildə kralın Sərəncamı ilə universitet statusu qazanmış və him vaxtdan Belqrad Universiteti adlanır.

2000-ci ildə Serbiyada baş verən "Buldozer inqilabı"ndan sonra Belqrad Universitetinə daha çox müstəqillik verilib, universitet Bolonya prosesinə qoşulub.

Fakültələri Universitetin 31 fakültəsi varAzərbaycan Memarlıq və İnşaat Universiteti ilə Serbiyanın Belqrad Universiteti arasında memorandum imzalanmışdır . azertag.az, 09.10.2012 : Kənd təsərrüfatı fakültəsi Memarlıq fakültəsi Biologiya fakültəsi Kimya fakültəsi Mülki mühəndislik fakültəsi İqtisadiyyat fakültəsi Elektrik mühəndisliyi fakültəsi Meşə təsərrüfatı fakültəsi Coğrafiya fakültəsi Hüquq fakültəsi Riyaziyyat fakültəsi Mexanika mühəndisliyi fakültəsi Tibb fakültəsi Mədənçilik və geologiya fakültəsi Təşkilati elmlər fakültəsi Şərq ortodoks teologiyası fakültəsi Əczaçılıq fakültəsi Filologiya fakültəsi Fəlsəfə fakültəsi Fiziki kimya fakültəsi Fizika fakültəsi Siyasi elmlər fakültəsi Təhlükəsizlik araşdırmaları fakültəsi Xüsusi təhsil və reabilitasiya fakültəsi İdman və bədən tərbiyəsi fakültəsi Stomatologiya fakültəsi Müəllim hazırlığı fakültəsi Texniki elmlər fakültəsi Texnologiya və metallurgiya fakültəsi Nəqliyyat mühəndisliyi fakültəsi Baytarlıq fakültəsi

Elmi-tədqiqat institutları Universitetdə 12 elmi-tədqiqat institutu fəaliyyət göstərir: Tətbiqi Nüvə Enerjisi İnstitutu Kimya, Texnologiya və Metallurgiya İnstitutu Tarix İnstitutu Tibbi Araşdırma İnstitutu Molekulyar Genetika və Genetik Mühəndislik İnstitutu Çoxsahəli Araşdırma İnstitutu Fəlsəfə və Sosial nəzəriyyə İnstitutu Fizika İnstitutu Mixaylo Pupin İnstitutu Nikola Tesla adına Elektrik Mühəndisliyi İnstitutu Sinişa Stankoviç adına Bioloji Tədqiqatlar İnstitutu Vinça Nüvə İnstitutu

Mərkəzlər Universitetdə müxtəlif sahələrlə bağlı 9 Mərkəz fəaliyyət göstərir: İnformasiya Mərkəzi Kompüter Mərkəzi Serb-Yapon Elmi Simulyasiya Mərkəzi Karyera İnkişaf Mərkəzi Strateji İdarəetmə Mərkəzi Texnoloji Transfer Mərkəzi Əlil Tələbələr Mərkəzi Keyfiyyətin Təminatı Mərkəzi Həyat Boyu Öyrənmə Mərkəzi

Kitabxanası

thumb|Svetozar Markoviç Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası XIX əsr serb siyasi fəalı Svetozar Markoviçin adınadır.

Xarici əlaqələri Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.

Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003-2011 2012 2013 2014 2015 2016 - 401-500301-400301-400301-400201-300

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Serbiya universitetləri Kateqoriya:1808-ci ildə yarananlar Kateqoriya:Belqradda təhsil