Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımlarını seçim məqsədilə hər il keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib.http://www.missazerbaijan.org/az-about Miss Azərbaycan yarışmasının rəsmi saytı — missazerbaijan.org "Miss Azerbaijan" Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. "Miss Azerbaijan" müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və "Miss Azerbaijan" Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı "MISS & MISTER AZERBAIJAN"-dır.
Müsabiqənin təsisçi və təşkilatçısı -Orduxanova Anelya Abdullayevnadır. İxtisasca jurnalist, publisist və yazıçıdır.
Tarixi
İnqilabdan əvvəlki dövr
Tuğra xanım Azərbaycanlı xanımların beynəlxalq gözəllik müsabiqələrində ilk iştirak tarixi inqilabdan əvvəlki dövrdə başlayır. Belə ki, 1912-ci ildə Tiflisdə keçirilən "Miss Qafqaz" gözəllik müsabiqəsində şöhrət çələngini və Rusiyanın cənub gözəli titulunu Azərbaycanlı bəy Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım Talışinskaya qazanmışdır, sonradan ona artıq ümum-Rusiya gözəllik yarışmasında "Miss Rusiya 1912" adı verilmişdir. Агаддин Бабаев. Газета "Азербайджанский Конгресс" № 44(94), 7 ноября 2008 года (rus)"Keçmişə güzgü tutan abidə " Azerbaijan-news"LƏNKƏRAN: etnik özəlliyin əlvan naxışları 2016 — Multikulturalizm ili " Xalqqazeti
Sona xanım Mehmandarova thumb|198x198px|1912-ci ildə Parisdə "Dünya gözəli" adını qazanan Sona Mehmandarova Daha böyük uğurları Sona xanım Mehmandarova qazanmışdır, o, Lənkəran şəhər rəisi Nağı bəyin qızı və Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi."Dünyanı fəth edən gözəllik " Regionplus
Lənkəranlı gözəlin ilk uğrunu ictimai məclisin yeni binasında (indiki Azərbaycan Dövlət Filarmoniyası) keçirilən və Bakının bütün kübar aləminin toplaşdığı Bakı gözəllik yarışmasında qalib gələrək əldə etdi. Bu uğur gənc əyalət qızının parlaq, lakin çətin taleyində dönüş nöqtəsi oldu. Ardından Tiflisdə "Miss Qafqaz" müsabiqəsində qalibiyyət gəldi, daha sonra ümum-Rusiya yarışlarında möhtəşəm müvəffəqiyyət və "Miss Rusiya" titulunu qazandı.
Nəhayət Sona Mehmandarovanın baş zəfərl "Dünya Gözəli" adlı Paris gözəllik yarışmasının zümrüd tacı və Qran-prisi oldu Heyrətə salan uğurdan sonra "Dünya gözəli" Rusiya paytaxtının mərkəzində dəbdəbəli malikanə alır, Peterburqa köçür və kübar həyatın fəal iştirakçısına çevrilir. O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıtdı, hansı qəbirstanlığda basdırıldığı haqda dəqiq məlumat yoxdur.Sona xanım Mehmandarova — qəbri bilinməyən dünya gözəli Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzi
Müasir dövr 1996-cı il avqustun 15-də Bakıda Opera və Balet Teatrında ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfə milli gözəllik müsabiqəsi keçirilmişdir, hansı ki ilkin olaraq "Miss Bakı" adlandırılırdı. Müsabiqənin Nərminə Zərbəliyeva aşkar favoriti sayılırdı ki, nəticədə elə o, qalib gəldi. "Vitse-Miss Bakı" ikinci gözəllik titulunu Natella Kərimova əldə etdi. Natella Kərimova: "Gözübağlı moda arxasınca qaçmağı xoşlamıram"
1997-ci ildən başlayaraq müsabiqə "Miss Azərbaycan" adlandırıldı, tacı isə Rzayeva Gülsara qazandı. Ötən ilki qalib isə "Vitse-miss Azərbaycan " titulunun sahibi oldu.
Qaliblər İlAdDoğma şəhəriQeyd1996Nərminə ZərbəliyevaQaliblər 1996 / 2016 missazerbaijan rəsmi saytıBakıİstanbulda keçirilən "World's Best Model 1995" müsabiqəsində iştirak etmişdi1997Gülsara RzayevaBakı1998Fatimə AbasquliyevaBakı1999keçirilməmişdirBakı2000Aygün RüstəmliBakı2001Validə AbasovaBakı2002Lalə MustafayevaBakı2003Səbinə HaşımovaЗавершился конкурс красоты — Миссис Азербайджан 2003 (rus)Bakı2004Olesya Sergeyevahttp://news.day.az/showbiz/16846.html (rus)BakıÇinin Huhhot şəhərində keçirilən "Miss Intercontinental 2004" müsabiqəsində iştirak etmişdi2005Şövkət QasımovaАзербайджанские девушки модели (rus)Bakı2006Günay Musayeva "Мисс Азербайджан 2006" встречается с популярным певцом (rus)Bakı2010Gülnarə ƏlimuradovaГламурная фотосессия "Мисс Азербайджан 2010" Гюльнары Алимурадовой (rus)"Gulnara Alimuradova Miss Azerbaijan" . Beauty Pageant News. (ing)BakıSponsor olmadığından o, "Miss Kainat 2010" müsabiqəsində iştirak etmədi2012Aysel ManafovaBakıMoskvada keçirilən "Miss Kainat 2013" iştirak edərək, "Miss Kainat" yarışlarına qatılan ilk "Miss Azərbaycan" idi. Onu müsabiqənin əsas təşkilatçılarından biri Araz Ağalarov dəstəkləyirdi2013Fidan MəmmədovaBakı2014Cavidan QurbanovaBakı İspaniyada keçirilən "Queen of the Universe 2015"-də üçüncü yeri tutmuşdu və "Miss Photogenic Award" mükafatını qazanmışdır2015Nataliya SokolevskayaQomel2016Oksana Barxatova"Oksana Barkhatova has been elected as Miss Azerbaijan 2016" . thegreatpageantcommunity. 7 August 2016 (ing)Rostov2017Raziyət Əliyeva2018Nərminə HacıyevaBakı2019Səmra HüseynovaSumqayıt2020Banu ŞucaiBakı2021Milan BabayevaBakı2022Nurlana VəliyevaBakı2023Kameliya YussefMoskva2024Deniz İsmiyevaBakıTailand və Kambocada keçirilən "Miss Global 2025" yarışmasında Azərbaycanı təmsil edən ilk "Miss Azərbaycan"dır. Yarışda nümunəvi iştirakına görə Tailandda "Miss Global 2024-25" qızıl medalına layiq görülmüşdür.
Beynəlxalq gözəllik müsabiqələrində iştiraklar
Azərbaycanda 2002-ci ildə Bakıda ilk dəfə "Miss Xəzər — 2002" adlı Xəzəryanı ölkələrin beynəlxalq gözəllik müsabiqəsi keçirildi, qalib Azərbaycan təmsilçisi Lalə Mustafayeva oldu."Мисс Азербайджан-2012" (rus)http://ulu.az/?p=108775
2012-ci ilin sentyabrında Bakıda "Miss Civilization of The World 2012" beynəlxalq gözəllik müsabiqəsi keçirildi, yarışda dünyanın 24 ölkəsindən modellər 25 000 avro dəyərində brilyant tacı uğrunda mübarizə aparırdılar." "Miss Civilization of The World-2012" gözəllik müsabiqəsinin final mərasimi Bakıda keçiriləcəkdir " AzərTac Azərbaycan Dövlət İnformasiya Agentliyi" "Miss Civilization of The World" bəlli oldu " Səs İnformasiya Agentliyi Qalib Monteneqro təmsilçisi Jovana Lekic oldu.
Xaricdə 2003-cü ildə Azərbaycanlı gənc gözəl Natəvan Hacıyeva ABŞ-də hər il keçirilən "Balacaların dünyası" adlı uşaqlar arası gözəllik müsabiqəsinin qalibi olmuşdur. Natəvan bütün nominasiyalarda hər kəsi üstəliyərək, iki kubok və yeddi medal qazandı."BALACA MİSS VƏ MİSTER AZƏRBAYCAN-2007" MÜSABİQƏSİNİN QALİBLƏRİ ÖLKƏMİZİ ABŞ-də TƏMSİL EDƏCƏKLƏR " AzərTac
2009-cu ilin martında Azərbaycanın iki təmsilçisi Aygül Məmmədova və Bahar Şıxəliyeva Türkiyənin Antalya şəhərində keçirilən əlil qadınların Beynəlxalq gözəllik müsabiqəsində ilk dəfə iştirak etdilər."ANTALYADA ƏLİL QADINLARIN BEYNƏLXALQ GÖZƏLLİK MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR " AzərTac
Kainat gözəli Azərbaycan "Miss Kainat" yarışmalarında ilk dəfə 2013-cü ildə təmsil olundu. Azərbaycanın göndərdiyi iştirakçı "Miss Azərbaycan 2012" adını qazanan Aysel Manafova oldu."Azərbaycan ilk dəfə "Kainat gözəli- 2013"də iştirak edəcək " Oxu
Regional müsabiqələr
"Bahar gözəli" müsabiqəsi "Bahar gözəli" müsabiqəsi Azərbaycanın bir çox rayonlarında və Bakı şəhərində Novruz bayramı ərəfəsində keçirilir. Müsabiqədə qalib gəlmək üçün qızlar gözəl şeir oxumağı, rəqs etməyi, bəlağətli danışağı, səliqə-sahman yaratmağı, güldan bəzəməyi bilməlidir. Qalib gələn gənc qız bayram tədbirlərində baharı simvolizə edən "Bahar gözəli" rolunu ifa edir.Novruz bayramı ensiklopediyası, Bakı, 2008, "Şərq Qərb", 208 səh.
"Balaca miss və mister Azərbaycan — 2007" 2007-ci il iyulun 13-də Bakıda "Karvan" şadlıq sarayında Azərbaycan moda assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Balaca miss və mister Azərbaycan-2007" müsabiqəsinin final mərhələsi keçdi. Qaliblər üç yaş dərəcələrində müəyyən olunmuşdur: böyük yaş kateqoriyası 13-dən 15 yaşa qədər — Sara Əliyeva, Elnur Abbasov, orta yaş kateqoriyası 9-dan 12 yaşa qədər — Şərqiyyə Dadaşova və Elşad Abbasov, kiçik yaş kateqoriyası 4-dən 8 yaşa qədər — Günel Axundova, Rauf Hacıyev və Kamilla Niyazova."Состоялся конкурс "Маленькие мисс и мистер Азербайджана – 2007 " Day, arxivləşdirmə Hər üç yaş qrupundaki qaliblər ABŞ-də ənənəvi olaraq keçirilən "Balacaların dünyası" müsabiqəsinə qatıldılar.
Həmçinin bax Best Model of Azerbaijan
İstinadlar
Kateqoriya:Gözəllik yarışmaları Kateqoriya:Azərbaycanda yarışmalar Kateqoriya:Azərbaycan mədəniyyəti