Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet.
Tarixi "Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu.
"Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi.
"Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı.
2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib. Qəzetin baş redaktoru Əli Orucov o zaman hədəflərinin tərəfsiz media orqanı kimi fəaliyyət göstərmək olduğunu demişdi.Millət qəzeti fəaliyyətini hal-hazırda elektron formada davam etdirir…
İstinadlar
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyası Kateqoriya:1990-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:2004-cü ildə Azərbaycanda ləğv olunanlar