Hakikat () - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. Qəzetdə Dağıstan həyatının ictimai, iqtisadi və siyasi aspektləri işıqlandırılır. Həmçinin avar xalqının dili və mədəniyyətinə dair materiallar dərc olunur. Müxtəlif dövrlərdə qəzetin əməkdaşları və müəllifləri arasında Məhəmmədəli (Mahaç) Daxadayev, Həmzət Çadasa və Rəsul Həmzətov kimi tanınmış şəxsiyyətlər olub.
11 avqust 2009-cu ildə qəzetin əməkdaşı Malik Axmedilov Mahaçqalada qətlə yetirilib. Həmkarları onun qətlinin hökumətin siyasi və dini "ekstremizmi" boğmaq cəhdlərindən bəhs edən tənqidi jurnalist fəaliyyəti və Dağıstanda yüksək vəzifəli məmurların üstü açılmamış qətl hadisələri ilə bağlı apardığı araşdırmalarla əlaqəli olduğuna inanırdılar.. Keçmiş adları 1979-1918: XӀакъикъат - () 1918-1920: ХӀалтӀулел чагӀи - () 1920-1921: БагӀараб байрах - () 1921-1934: БагӀарал мугӀрул - () 1934-1951: МагӀарул большевик - () 1951-1957: Дагъистаналъул правда - () 1957-1990: БагӀараб байрах - () İstinadlar
Kateqoriya:Avar dilində qəzetlər Kateqoriya:1917-ci ildə yarananlar Kateqoriya:Avar dili Kateqoriya:Dağıstan qəzetləri Kateqoriya:Mahaçqala