Sners kəkilli pinqvin () — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. Sners adalarının endemik canlısıdır. Onun arealı 3,3 km² təşkil edir. Bu isə bütün pinqvin növləri arasında ən kiçik areala malikdir. Bu kiçik ərazində cəmi 30 000 cüt sners kəkilli pinqvini yaşayır.
Bu növə daxil yetkin nümayəndələrin uzunluğu 55 sm, çəkisi isə 4 kq-dır. 5–6 yaşında iki yumurta qoyurlar. Yumurtanın inkubasiya dövrü 32–35 gün sürür. 2,5 aydan sonra balalar sərbəst şəkildə dənizə çıxırlar. Qidasının əsasını kril təşkil edir (60 %). Orta ömür müddəti 15–20 ildir.
Dənizdə əsas təhlükə Yeni Zelandiya dəniz şiri, quruda isə müxtəlif növ quş növləridir.
İstinadlar
Xarici keçidlər
Pinqvinlərin dünyası: Sners pinqvini Eudyptes robustus
Kateqoriya:Pinqvinlər Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Həssas növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yeni Zelandiya endemikləri