Elli Delvo (; 10 iyun 1999, Brüssel, Belçika) və ya səhnə adı ilə Blanş () — Belçika müğənnisi və bəstəkarı. O, Belçikanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Həyatı Elli Delvo 10 iyun 1999-cu ildə Belçikanın paytaxt şəhəri olan Brüsseldə anadan olmuşdur. Elli milliyətcə yəhudidir və fransız, idiş, ivrit və ingilis dillərində sərbəst danışa bilir. O kiçik yaşlarında musiqi ilə maraqlanmış və daha sonra musiqili teatrlarda keçirilən dərslərdə iştirak etmişdir. Elli 16 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir.

Musiqi karyerası thumb|left|Blanş Avroviziya 2017 səhnəsində 2016: The Voice Belgique 2016-cı ilin yanvar ayında Blanş Belçikanın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Adelin "Daydreamer" mahnısını ifa edən gənc ifaçıya iki münsifdən birinin komandasına daxil olmaq seçimi verilmişdir. Yarışmanın ilk həftəsini uğurla adlayan Blanş ikinci həftədə münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır.

2017: Avroviziya Mahnı Müsabiqəsi 2016-cı ilin noyabr ayında Belçikanın RTBF telekanalı Blanşın Belçikanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziya səhnəsində ifa edəcəyi mahnı "City Lights" ilk dəfə 8 mart tarixində dinləyicilərə təqdim olunmuşdur. Həmin mahnı ilə Blanş Avroviziyada Belçikaya 4-cü yeri qazandırmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Belçikada doğulanlar Kateqoriya:Belçika müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İndi-pop musiqiçiləri Kateqoriya:Belçikanın "Avroviziya" təmsilçiləri