Kamen Opasnosti adası — Saxalin adasının cənub-şərqində yerləşən Krilon burnundan 14 aralıda yerləşir. Ada Oxot dənizində Laperuz boğazında yerləşir. Öz növbəsində qayalıqdan ibarət olan adadır. Adanın uzunluğu 150 m, eni isə 50 m təşkil edir. Hündürlüyü 7,9 metrdir. Avropalılar ilk dəfə bu ada ilə 1787-ci ilin avqustunda Jan Fransua de Laperuzun ekspedisiyası zamanı tanış olmuşdur. Fransızlar adanı Təhlükəli () olaraq adlandırmışlar.

Laperuza boğazını xüsusi ilə yay ayları duman basdığından gəmilər üçün böyük təhlükə yaranır. Buradan keçmək məqsədilə dənizçilər dəniz şirlərinin səslərinə qulaq asmalı olurdular. 1913-cü ildə adada 18 metrlik beton konstruksiyalı mayak inşa edilmişdir.

Mənbə Saxalinin mayakları

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Saxalin vilayəti adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları