Hadisələr 1 yanvar - Fransada Direktoriya tərəfindən azadlıq və keçmiş qulların hüquqbərabərliyi barədə dekretin təsdiq edilməsi. 24 yanvar: İsveçrənin Vo kantonunun müstəqilliyinin elan edilməsi. Paytaxtı Lozanna olan Leman Respublikasının yaradılmasının elan olunması. 5 fevral - Roma Respublikasının (Papa vilayəti) yaradılması. 9 fevral - Lozannada şəhər və kənd kommunaları nümayəndələrinin yığıncağında Leman Respublikasının Konstitusiyasının qəbul edilməsi. 20 fevral - Lui Aleksandr Bertye tərəfindən Roma papası VI Piyin taxtdan salınması. 5 mart - Fransız ordusu tərəfindən İsveçrənin Bern şəhərinin tutulması. 12 aprel: İsveçrədə Helvet Respublikasının yaradıldığının elan edilməsi. Leman Respublikasının Leman kantonu kimi Helvet Respublikasının tərkibinə daxil edilməsi. Fransada seçkilərdə respublikaçı-demokratların qalib gəlməsi. 11 may - Fransada Direktoriyanını qərarı ilə demokrat deputatların seçkilərinin etibarsız elan edilməsi. 16 may - Hollandiyada Batav Respublikasının yaradıldığının elan edilməsi. 19 may - General Napoleon Bonapartın başçılığı ilə fransız eskadrasının Tulondan yola düşməsi, Napoleonun Misir ekspedisiyasının başlanması. 10 iyun - Fransa qoşunları tərəfindən Maltanın tutulması. 30 iyun - General Napoleon Bonapartın başçılığı ilə fransız ordusunun Misirdə İskəndəriyyə rayonuna çıxarılması. 21 iyul - Fransızlar tərəfindən piramidalar yaxınlığındakı döyüşdə məmlük ordusunun darmadağın edilməsi. 24 iyul - General Napoleon Bonapartın ordusunun Qahirəyə daxil olması. 1-2 avqust -Əbukir dəniz döyüşündə fransız eskadrasının admiral Nelsonun başçılıq edğtdiyi ingilis donanması tərəfindən məğlubiyyətə uğradılması. Fransız xətt gəmisi "Tonnant"ın Böyük Britaniya Kral Donanması tərəfindən ələ keçirilməsi. 24 noyabr - Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi”nin tətbiq edilməsi. Misir məlüklüyünün rəhbəri Murad bəy Napaleona məğlub olub
Doğumlar 17 yanvar – Ogüst Kont – fransız sosioloqu və filosofu, Sosiologiyanın banisi Mirzə Yusif — Azərbaycan tarixçisi. Mustafa Naili Paşa — Osmanlı dövlət adamı. Jüdit Pasta — Məşhur italyan müğənni. Mehmed Sadəddin Əfəndi Sevasti Xantu
Ölümlər