Hadisələr 8 fevral — General Sisianovun Bakıda öldürülməsi. iyun — Qarabağ xanı İbrahimxəlil xanın Xankəndində mayor Lisanoviç tərəfindən öldürülməsi. 22 iyun — Rus qoşunları tərəfindən Dərbəndin işğal edilməsi. 6 avqust — Avstriya imperatoru II Fransın Almaniya imperatoru taxt-tacından imtina etməsi.Müqəddəs Roma imperiyasının ləğv olunması. 11 avqust — Buenos-Ayres əhalisinin ingilis ordusuna qarşı üsyan qaldırması. 3 oktyabr — Bakının ruslar tərəfindən işğal edilməsi. 6 oktyabr — Prussiya Fransaya müharibə elan etdi. 22 oktyabr — Şəki yaxınlığında döyüş. 27 oktyabr — Fransız ordusunun Berlinə daxil olması. noyabr — Fransa imperatoru Napoleon Bonapartın Berlində İngiltərəni Kontinental mühasirəyə alan dekret imzalaması. 27 dekabr — Osmanlı dövlətinin Rusiyaya müharibə elan etməsi ilə rus-türk müharibəsi (1806-1812) başlanması.

Doğumlar 27 iyun — ingilis riyaziyyatçısı Avqust de Morqan Azərbaycan yazıçısı — İsmayıl bəy Qutqaşınlı

Ölümlər 8 fevral — Rus generalı Sisianov 12 iyun — Qarabağ xanı İbrahimxəlil xan. 19 noyabr — II Aləm Şah

Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri