Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M. P. Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M. P. Vaqif və M. V. Vidadinin xatirə muzeyi adlandırılıb.
Tarixi Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M. P. Vaqif və M. V. Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.
Muzeyin ekspozisiyası Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1235 eksponat vardır. Ekspozisiya M. P. Vaqifin həyat və yaradıcılığı, siyasi fəaliyyəti, lirikası, davamçıları, tədqiqatçıları, müasirləri, mövzularında qurulmuşdur. Muzeydə M. P. Vaqifin əlyazması, Vaqif şeirlərinə çəkilmiş illustrasiyalar, Vaqif tədqiqatçılarının fotoları, "Vaqif " dramını səhələşdirmiş aktyorların fotoları, XVIII əsrə aid geyim və məişət əşyaları nümayiş olunur. Muzeydə əsasən M. P. Vaqif və M. V. Vidadinin dövrünə -XVIII əsrə aid məişət əşyaları, bəzək əşyaları, paltarlar, silahlar, tablolar və s, nümayiş olunur. Muzeyin əsas fəaliyyətinə XVIII — əsrdə yaşamış M. P. Vaqif və M. V. Vidadi irsini və o dövrə aid olan eksponatları təbliğ etməkdir. Muzeyin ümumi sahəsi −175 m². təşkil edir.
Həmçinin bax Molla Pənah Vaqif Molla Vəli Vidadi
Xarici keçidlər
İstinadlar
Kateqoriya:1970-ci ildə yaradılmış muzeylər Kateqoriya:1970-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Azərbaycandakı bioqrafik muzeylər Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:Azərbaycan mədəniyyəti