Qazax Tarix-Diyarşünaslıq Muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey.

Tarixi 1984-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazax Tarix-Diyarşünaslıq Muzeyi yaradılması haqqında sərəncam verilmişdir və 1986-cı ilin mart ayında, Novruz bayramı ərəfəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur.

Muzey binası Muzeydə olan eksponatlar antik dövrdən tutmuş son dövrədək böyük bir tarixi dövrü əhatə edir. Milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar muzeyə gələn ziyarətçiləri heyran edir, rayonun tarixi haqqında geniş məlumat verir. Binanın ümumi sahəsi 579 kv.m-dir.

Muzeyin eksponatları Ekspozisiya sərgi salonunun sahəsi — 409 kv.m-dir. Fondun sahəsi 12 kv.m-dir. Eksponatların sayı 2450-dir. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqqında eksponatlar toplanıb. Muzeydə 2832 eksponat qorunub saxlanılır. Muzeyin ümumi sahəsi 1728-kv m-dir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:1984-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:1984-cü ildə yaradılmış muzeylər