Mirns sincabı () — Gəmiricilər ailəsinin sincablar dəstəsinə aid növdür. Amerika zooloqu Edqar Aleksander Mirnsin (1856–1916) şərəfinə adlandırılmışdır.Koprowski, Ramos, Pasch & Zugmeyer (2006). Observation on the ecology of the endemic Mearn's Squirrel (Tamiasciurus mearnsi). The Southwestern Naturalist 51(3): 426–430.

Arealı Meksikanın endemik heyvanıdır. Aşağı Kaliforniya ştatında geniş yayılmışdır. Dəniz səviyyəsindən 2100–2400 m hündürlükdə yerləşən şam və küknar meşələrində yaşayır.

Həyat tərzi Bir qayda olaraq ağacların oyuqlarında, ağacdələnlər tərk edilmiş boşluqlarda yaşayırlar. Bu sincablar isti aylarda meyvələri və fındıqları yığır, qışda isə onlardan istifadə edirlər. Daha çox iynəyarpaqlı ağaclarda yaşayırlar.

Yazın başlanğıcında çoxalırlar. Hamiləlik dövrü 36–40 gün çəkir və 3–7 bala doğurlar.

Zahiri görünüşü Zahirən Duqlas sincabına çox oxşardır, amma bir qədər ondan kiçikdir. Bədənin uzunluğu — 19 santimetr, quyruğu — 11 santimetdir. Kürəyində qırmızımtıl-qəhvəyi və qarında ağ xəz vardır.

İstinadlar

Xarici keçidlər de Grammont, P. C. & Cuarón, A. 2008. Tamiasciurus mearnsi Koprowski, Ramos, Pasch & Zugmeyer (2006). Observation on the ecology of the endemic Mearn's Squirrel (Tamiasciurus mearnsi). The Southwestern Naturalist. 51(3): 426–430 PDF

Kateqoriya:Sincabkimilər Kateqoriya:1897-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Şimali Amerika məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər