Murtuza Paşayi () — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Parçalar
İl Mahnının adı Azərbaycanca tərcüməsi 2009 به دادش رسيدم Dadına çatdım 2009 شاید بپرسی Bəlkə soruşasan 2010 ادعای عشق Eşq iddiası 2010 بذار بگم Qoy söyləyim 2010 می میرم Ölürəm 2010 یکی هست Biri var 2010 زیادی Çoxluq 2010 به گوشت میرسه Qulağına çatar 2010 آدم کش Adamöldürən 2010 گل اطلسی Atlasgülü
Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran müğənniləri Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:İran bəstəkarları Kateqoriya:Farslar