Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır.
Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır.
Məzmun Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir. Nəticədə, 16 maho-şoco arasında sağ qalmaq uğrunda mübarizə başlayır.
Personajlar
Magical Girl Raising Project
Gücü: Təhlükədə olan insanların səsini eşitmək N şəhərində yaxşı tanınan maho-şocodur. Maho-şoco geyimi güllərlə örtülmüş ağ məktəbli formasından ibarətdir.
Gücü: Şurikenləri ilə heç bir hədəfi qaçırmamaq Tək yaşayan lisey tələbəsidir. Maho-şoco geyimi nindza stilindədir.
Gücü: İstənilən silahı gücləndirmək N şəhərinin kriminal təbəqəsi tərəfindən tutulmuş maho-şocodur. Maho-şoco geyimi kovboy stilindədir.
Gücü: Verdiyi əmrlərin sorğusuz-sualsız yerinə yetirilməsi N şəhərindəki bir məbəddə özünü kraliça edən maho-şocodur. Maho-şoco geyimi şahzadə stilindədir.
Gücü: Toxunduğu istənilən yerdə diamteri 1 metrə, dərinliyi 5 metrə qədər olan dəlik yaratmaq Çox utancaq və qorxaq aızdır və Ruler ilə müttəfiqdir. Maho-şoco geyimi it paltarından ibarətdir.
Gücü: İstənilən şəxsin yuxusuna girmək 24 yaşlı işsiz, tənbəl qızdır, lakin insanlara kömək etməyi sevir. Maho-şoco paltarı pijamadan ibarətdir.
Gücü: Uçan süpürgəsi ilə çox sürətlə uçmaq Gülərüz veteran maho-şocodur. Maho-şoco paltarı klassik qara cadugər paltarından ibarətdir.
Gücü: Verilmiş zərəri bərpa edə bilmək Gənc maho-şocodur. N şəhərinin sonuncu – 16-cı maho-şocosudur. Maho-şoco geyimi qara rəngdə olub Alisa möcüzələr ölkəsində stilindədir.
Gücü: Qılıncının uzunluğunu qısaltmaq və uzatmaq Snow White-ın müttəfiqi və yaxın dostudur. Maho-şoco geyimi Əjdaha cəngavəri stilindədir. Zirehində əjdaha motivləri görmək mümkündür.
Gücü: Bədənini mayeyə çevirmək Çox sakit qızdır və Ruler-in ən sadəqətli müttəfiqidir. Maho-şoco geyimi ağ çimərlik paltarından və qulaqcıqlardan ibarətdir.
Gücü: Səs dalğalarını kontrol etmək N şəhərinin ətrafındakı xarabalıqlarda yaşayan qızdır. Maho-şoco geyimi güllərlə və yarpaqlarla bəzədilib və görünüşü elfi xatırladır.
Gücü: Bədənini istənilən cansızın formasına salmaq "İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
Gücü: Bədənini istənilən canlının formasına salmaq "İti uclu mələklər"dən biridir. O və bacısı Ruler ilə müttəfiqdirlər. Maho-şoco geyimi mələk stilindədir və bir qanadı var.
Gücü: Ərazidən asılı olaraq istənilən formada divarlar yaratmaq Güclü maho-şocodur, eləcə də, Sister Nana-nın sevgilisidr. Maho-şoco geyimi qalın qış paltosundan ibarətdir.
Gücü: Hər hansı şəxsin fiziki qabiliyyətini artırmaq Veteran maho-şocodur. Karyerasını şəhəri qorumağa və şəhərə sülh gətirməyə həsr etmişdir. Maho-şoco geyimi rahibə stilindədir.
Gücü: Hər gün bel çantasından futuristik alət əldə etmək Robot maho-şocodur. Maho-şoco geyimi tamamilə robot formasındadır.
Digər
Talisman personajdır.
Media
Ranobe Ranobe seriyası Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılmışdır. Ranobenin ilk cildi Takarajimasha nəşriyyatı tərəfindən 8 iyun 2012-ci ildə Kono Light Novel ga Sugoi! Bunko imprinti altında nəşr olunmuşdur. dekabrl 2016-cı ilə kimi 10 cildi buraxılmışdır. Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Cild siyahısı
Manqa Poçi Edoyanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" manqa jurnalında nəşr olunmuşdur. Manqanın iki tankobon cildi buraxılmışdır. Nori Senbey tərəfindən hazırlanan adlı manqa adaptasiyası 2016-cı ilin iyunundan "Comp Ace" jurnalında nəşr olunur. İlk tankobon cildi 30 sentyabr 2016-cı ildə buraxılmışdır. Ryota Yuzukinin rəssamlığı ilə istehsal olunmuş 29 avqust 2016-cı ildən Kono Light Novel wa Sugoi! WEB xidməti vasitəsilə onlayn şəkildə yayımlanır. Bu manqanın ilk cildi 22 oktyabr 2016-cı ildə buraxılacaq.
Anime Anime adaptasiyası 2015-ci ilin sentyabrında ranobenin 8-ci cildi vasitəsilə anons edilmişdir. Lerche tərəfindən istehsal olunan anime serialı 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi AT-X kanalında, daha sonra Tokyo MX, BS11 kanalları və GyaO! video xidməti vasitəsilə yayımlanmışdır. Crunchyroll tərəfindən Çin, Tayvan, Honkonq, Makao, Şimali və Cənubi Koreya istisna olmaqla, bütün dünyada nümayiş etdirilmişdir. Rejissoru Hiroyuki Haşimoto, ssenaristi Takao Yoşioka, personaj dizayneri Yukiko Akeydir. . Animenin seriyaları hərəsində 3 seriya olmaqla 4 BD/DVD cildində buraxılacaq.
Anime serialının açılış mahnısı Manami Numakura tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı isə Nano tərəfindən ifa olunan "Dreamcatcher" mahnısıdır.
Seriya siyahısı № Başlıq Yayım tarixi İst.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:Yaponiya romanları Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Maho-şoco anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Lerche Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Uydurmada ölüm oyunları