Nikolay Nikolayeviç Jukov ( ; 2 dekabr 1908 – 24 sentyabr 1973) — sovet boyakarı. SSRİ xalq rəssamı (1963). Sov.İKP üzvü (1945).
Həyat və yaradıcılığı Nikolay Jukov 2 dekabr 1908-ci ildə Moskvada anadan olub. 1930-cu ildə Aleksey Boqolyubov adına Saratov Rəssamlıq məktəbini bitirmişdir. 1943–1973-cü illərdə M. B. Qrekov adına Hərbi Rəssamlar Studiyasının bədii rəhbəri olmuşdur. 1941–1945-ci illərdə cəbhə mətbuatında və "Pravda" qəzetində işləmişdir. Nikolay Jukov 1973-cü ildə Moskvada vəfat edib.
Mükafatlar və adlar SSRİ xalq rəssamı (1963) RSFSR xalq rəssamı (1955) Lenin mükafatı (1961) Stalin mükafatı (1943, 1951) Lenin ordeni (1967) "Qırmızı əmək bayrağı" ordeni (1962) "Qırmızı Ulduz" ordeni "Moskvanın 800 illik xatirəsinə" medalı
Mənbə
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Poçt markası dizaynerləri Kateqoriya:Rusiya rəssamları