() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Kanar adalarıdr. Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır.

Botaniki xarakteristikası Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir, uzunluğu 30-200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir. Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür. Toxumla çoxaldılır.

Ekologiyası Rütubətsevəndir. Quraqlıqda yarpaqların ucları qonurlaşır.

Azərbaycanda yayılması Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron, Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır.

İstifadəsi Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir. Tərkibində 70%-ə qədər şəkər vardır. Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Otaq bitkiləri