() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbii şəraitdə Kuba, Meksika və Venesuela da bitir.

Botaniki xarakteristikası Hündürlüyü 60-80 sm-ə çatır. Gövdəsiz olub, torpaq qatının üst hissəsində yerləşir. Yarpaqları çətirşəkilli, uzun, əyri saplaqlarda (70 sm-ə qədər) yerləşir. Yarpaq ayasının uzunluğu 30- 60 sm olub, göyümtül-yaşıl, yumru, hissələrə bölünmüşdür, orta hissəsində uzunluğu 90 sm-ə çatır. Çiçək qrupları (1-3) mürəkkəb-süpürgəvaridir, yuxarı hissəsində açılmışdır, uzunluğu 1 m-ə qədərdir. Çiçəkləri ikicinsli, xırda, ağımtıl və yaşılımtıldir. Çiçəkyanlığı 6 ləçəkli, erkəkçikləri 6 ədəd, yumurtalığı 3 yuvalı, sütuncuğu üçkünc olub, başcığı dişicik ağızlıdır. İyulun axırı – avqustun əvvəlində çiçəkləyir. Meyvəsi şarşəkilli, qara, diametri 1 sm-ə qədərdir, noyabrda yetişir. Toxumu şarşəkilli, qonur rəngli, az hamardır, diametri 0,8 sm-dir. Toxumla çoxalır.

Ekologiyası Qumlu və əhəngli torpaqlarda bitir, nəmişliyə çox tələbkardır. -10-11 C dərəcə şaxtalara dözür. Bu palmanı külək və qar çox zədələyir, yarpaqlarını qırır. Yay aylarında sabal palmasını bol suvarmaq lazımdır. Zəif böyüyür, vegetasiya dövründə 3-5 yarpaq əmələ gətirir.

Azərbaycanda yayılması 1963-cü ildən Mərdəkan dendrarisinə introduksiya olunmuşdur. Bakı, Gəncə, Qəbələ, Lənkəran, Zaqatala və digər şəhərlərdə park və bağlarda becərilir.

İstifadəsi Qazon əkinlərində, küləkdən qorunan rütubətli yerlərdə tək və qrup halında becərilməyə yararlıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1776-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar