Rüstəm Rəsuloviç İnayətov () — Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədri (1995-ci ildən).

Tərcümeyi-halı Özbəkistan SSR Surxandərya vilayətinin Şərabad şəhərində, nüfuzlu DTK polkovniki Rəsul İnayətovun ailəsində anadan olub.

1968-ci ildə Daşkənd Dövlət Universitetinin İran filologiyası fakültəsini bitirib. Universitetdən sonra ordu sıralarında qulluq edib, orada DTK xidmətinə qəbul olunub. Özbəkistan SSR DTK-sında, SSRİ DTK Baş Sərhəd İdarəsində müxtəlif vəzifələrdə qulluq edib.

1976—1981-ci illərdə SSRİ-nin Əfqanıstandakı rezidenturasında diplomatik vəzifə altında xidmət edib.

27 iyun 1995-ci ildən Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədridir.

1996-cı ildə general-leytenant, 1999-cu ildən general-polkovnikdir.

İstinadlar

Kateqoriya:Özbəkistan nazirləri Kateqoriya:Generallar Kateqoriya:Özbəkistan Respublikası Ali Məclisinin senatorları